Ermənistanın Baş naziri Nikol Paşinyan İranın yeni prezidenti İbrahim Rəisinin rəsmi andiçmə mərasiminə dəvət olunub.
Bizim.Media “armeniasputnik.am” saytına isttinadən xəbər verir ki, Paşinyan səfər çərçivəsində avqustun 5-də İranın yeni prezidenti İbrahim Rəisi ilə görüşəcək.
Xatırladaq ki, Ermənistan Baş nazirinin İrana son səfəri bu ilin aprelində baş tutub. Həmin vaxt Paşinyan ölkənin keçmiş prezidenti Həsən Ruhani ilə görüşmüşdü.
Bizim.Media