Naməlum şəxslər hakim "Mənim addımım" fraksiyasının və İrəvanın Ağsaqqallar Şurasının üzvü Arman Antonyana hücum ediblər.
Bizim.Media xəbər verir ki, bu haqda məlumat fraksiyanın Facebook səhifəsində yer alıb.
“Avqustun 1-nə keçən gecə saat 01:00 radələrində Kotayk vilayətində Arman Antonyanın evinə dəyənək və bıçaqla bir neçə maskalı şəxs daxil olaraq onu döyüblər. Hazırda Antonyanın vəziyyəti ağırdır. İnsidentlə bağlı cinayət işi açılıb”.
“Sputnik Ermənistan” nəşri fraksiyanın dediklərindən sitat gətirib.
Fraksiya başqa təfərrüatlar verməyib.
Bizim.Media