Rusiya Dağlıq Qarabağda sülhməramlı əməliyyatların aparılması üçün daha 5 humanitar mərkəz yaradıb.
Bizim.Media xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb.
Məlumata görə, hümanitar mərkəzlər Rusiya müdafiə naziri Sergey Şoyqunun göstərişi ilə yaradılıb.
Bunlar Minalardan Təmizləmə Mərkəzi, Qarşıduran Tərəfləri Barışdırma Mərkəzi, Nəqliyyat Təminatı Mərkəzi, Tibbi Təminat Mərkəzi və Ticarət-Məişət Təminatı Mərkəzidir.
Bizim.Media