"Yeşilcam"ın məşhur ulduzu Nedret Güvenç vəfat edib.
Bizim.Media Türkiyə mətbuatına istinadən xəbər verir ki, 90 yaşlı aktrisa səhər saatlarında yuxuda olarkən həyatla vidalaşıb.
Aktrisanın dəfn mərasimi avqustun 2-də baş tutacaq.
Qeyd edək ki, bir çox filmlərdə rol alan aktrisa 1988-ci ildə dövlət sənətçisi fəxri adına layiq görülüb.
Bizim.Media
