Ermənistan Xarici İşlər Nazirliyinə yeni baş katib təyin edilib.
Bizim.Media xəbər verir ki, bu haqda məlumatı “Sputnik Armeniya” nəşri yayıb.
Mənbə yazır ki, Baş nazir vəzifəsini icra edən Nikol Paşinyan bununla bağlı sərəncam imzalayıb.
Bu vəzifəyə Boris Saakyan gətirilib. O, bundan əvvəl Ermənistanın Rusiyadakı səfiri işləyib.
Saakyan Xarici İşlər Nazirliyinin baş katibi vəzifəsində Vaaqn Melikyanı əvəz edib.
Qeyd edək ki, Paşinyan iyunun 19-da Melikyanı Xarici İşlər Nazirliyinin Baş katibi vəzifəsindən azad edib. Elə həmin gün B.Saakyan da səfir vəzəfəsindən geri çağırılıb.
Bizim.Media