Qarabağdakı döyüşlər zamanı ölən daha 1 erməni hərbçinin cəsədinin qalıqları qarşı tərəfə təhvil verilib.
Bizim.Media “Sputnik Armenia”ya istinadla bildirir ki, cəsəd Cəbrayılda aparılan axtarışlar zamanı aşkarlanıb.
Onun şəxsiyyətini müəyyənləşdirmək üçün məhkəmə-tibb ekspertizası təyin ediləcək.
Bununla da indiyədək tapılan erməni hərbçilərinin meyitlərinin sayı 1 619-a çatıb.
Bizim.Media