Ötən gecə Azərbaycanın Kəlbəcər rayonu ilə sərhəddə baş verən atışmada Ermənistan Silahlı Qüvvələrinin 3 hərbçisi ölüb, 2-si yaralanıb.
Bizim.Media xəbər verir ki, bu haqda məlumatı “armeniasputnik.am” saytı Ermənistan Müdafiə Nazirliyinə istinadən yayıb.
Mənbə yazır ki, itkilər haqda informasiya səhər saat 08: 30-da əldə edilib.
Hazırda döyüşlər davam edir.
Bizim.Media