Xəbər verdiyimiz kimi, Azərbaycanın Rusiya sülhməramlılarının nəzarəti altında olan Qarabağ bölgəsində Ermənistan ordusunun 19 yaşlı hərbçisi Sarkis Qriqoryan dünən gecə saat 22.26 radələrində qeyri-müəyyən şəraitdə aldığı güllə yarasından ölüb.
Bizim.Media xəbər verir ki, Ermənistan İstintaq Komitəsi insidentlə bağlı bu gün açıqlama yayıb.
Mənbə bildirir ki, Sarkis Qriqoryan özünü güllələyib. Hərbçinin intihar faktı ilə bağlı cinayət işi açılıb.
Bizim.Media