Gecə Azərbaycanın Kəlbəcər rayonu ilə sərhəddə, Zod yatağından bir qədər aralıda vəziyyət gərginləşib.
Bizim.Media xəbər verir ki, sərhəddə atışma olub.
“GeoProMining Gold” şirkəti informasiyanı “Sputnik Armeniya”ya açıqlamasında təsdiq edib.
"Şirkət rəhbərliyi təcili olaraq işçiləri təxliyə etmək qərarına gəldi. Təxminən 150 nəfər evakuasiya edildi", deyə şirkətdən bildirilib. Mənbə işçilərdən heç birinin zərər görmədiyini deyib.
Bizim.Media