Bu gün Dmanisi Bələdiyyəsinin Sameba kəndi yaxınlığında və Calka rayonunun Salamaleyki kəndində zəlzələ qeydə alınıb.
Bizim.Media xəbər verir ki, bu barədə Gürcüstanın Milli Seysmik Monitorinq Mərkəzi məlumat yayıb.
Mənbə bildirir ki, zəlzələ Tbilisi vaxtı ilə saat 12:14-də Dmanisidən 21 km cənub-qərbdə, Sameba kəndində 2.9 bal gücündə, saat 13:02-də isə Calka rayonunun Salamaleyki kəndində 3.7 bal gücündə qeydə alınıb.
Dağıntı və təlafat barədə hər hansı məlumat yoxdur.
Bizim.Media