Rusiyanın Amur vilayyətinin rabitə naziri Aleksandr Kurdyukov vəfat edib.
Bizim.Media “RİA Novosti”yə istinadla xəbər verir ki, o istirahətdə olduğu zaman turbazaların birində davada iştirak edib.
Dava zamanı kəllə-beyin travması alan nazir xəstəxanaya yerləşdirilib. Lakin onun həyatını xilas etmək mümkün olmayıb.
Qeyd edək ki, 40 yaşlı A.Kurdyukov Rusiyada ən gənc nazirlərdən biri hesab edilirdi.
Bizim.Media
