Gürcüstan-Azərbaycan sərhədinin "Qırmızı Körpü" sərhəd keçid məntəqəsi ərazisində külli miqdarda tütün və pirotexnik məhsulları Gürcüstandan Azərbaycana keçirmək istəyən şəxs saxlanılıb.
Bizim.Media xəbər verir ki, bu barədə Gürcüstan Maliyyə nazirliyinin gəlirlər xidməti məlumat yayıb.
Mənbə bildirir ki, axtarış tədbirləri nəticəsində 170 980 qutu siqaret və 294 880 ədəd pirotexnik vasitə ələ keçirilib.
Gəlirlər xidmətinin məlumatına əsasən, müsadirə edilən məhsulların ümumi gömrük dəyəri 72 739 060 lari təşkil edir. Müsadirə edilən tütün və pirotexnik məhsulları maliyyə nazirliyinin axtarış xidmətinə təhvil verilib.
Bizim.Media
