Erməni polkovnik niyə ABŞ-a qaçır? – ACI DETALLAR

“Harada görünüb ki, hansısa qızın yazdıqlarına əsasən hərbi hissəsinin komandanlığından döyüş polkovniki işdən azad olunur! Belə şey sadəcə ola bilməz! Rəsmi istintaqda Gevorgyanın hərəkətlərində hər hansı bir qanun pozuntusunun aşkar edilməməsinə baxmayaraq, o, vəzifəsinə bərpa olunmayıb, ehtiyata göndərilib. Xatırladaq ki, Gorus şəhərinin meri Aruş Aruşanyanın tutulmasından əvvəl bəzi ... nənələrin də ziddiyyətli ifadələri alınıb”.

Bizim.Media xəbər verir ki, “yerkramas.org” saytında yerləşdirilən bu fikirləri “Ermənistanın Səsi" nəşrində Marina Mkrtçyan yazıb.

Məqalənin aktuallığını nəzərə alaraq onu sizə təqdim edirik:

“Bəzi qızlar yazdı, bəzi nənələr dedi ...

Polkovnik Argam Gevorgyan Aqarakdakı hərbi hissənin komandiri vəzifəsindən boş yerə azad edilməyib, 20 iyun erkən seçkilərində müxalifətə kömək etmək şübhəsiylə onun haqda rəsmi istintaq başlayıb.

Gözlənildiyi kimi, istintaq polkovnikin siyasi olaylarda iştirak etmədiyini təsdiqləyib, lakin bu, onun karyerasına heç bir təsir göstərməyib.

Hərbi keçmişi olan polkovnik müsahibələrinin birində açıq şəkildə deyib:

"Meğri üçün təhdid var” sözlərimə görə silahlı qüvvələrdən qovuldum!".

İşdən azad edildikdən sonra Gevorgyan səlahiyyətlilərin general Qriqori Xaçaturovdan və döyüş əməliyyatlarında zəngin təcrübəsi olan digər komandirlərdən qurtulmaq üçün bir kampaniya başladılmasının səbəblərini bilmədiyini etiraf edib. Öz başına gələnlər haqqında da az şey bilir. 

"Bilmirəm, bir qız mənim haqqımda nə yazıb ki, onu əsas hesab ediblər" deyən polkovnik heç vaxt müəyyən siyasi qüvvələrin lehinə kampaniya aparmadığını və siyasətlə ümumiyyətlə məşğul olmadığını vurğulayıb.

Harada görünüb ki, hansısa qızın yazdıqlarına əsasən hərbi hissəsinin komandanlığından döyüş polkovniki işdən azad olunur! Belə şey sadəcə ola bilməz! Rəsmi istintaqda Gevorgyanın hərəkətlərində hər hansı bir qanun pozuntusunun aşkar edilməməsinə baxmayaraq, o, vəzifəsinə bərpa olunmayıb, ehtiyata göndərilib. Xatırladaq ki, Gorus şəhərinin meri Aruş Aruşanyanın tutulmasından əvvəl bəzi ... nənələrin də ziddiyyətli ifadələri alınıb. İşi sona çatdırmaq üçün Karahunj icmasının başçısının kürəkəninin səyləri tələb olunub. Məhbus Lusine Avetyanı Aruşun əleyhinə ifadə verməyə məcbur edən də o olub. Mükafat olaraq kürəkən (adı David Nersesyan) prokurorluqda vəzifə alıb, baxmayaraq ki, bundan əvvəl təhlükəsizlik şöbəsinin sıravi işçisi olub...

Polkovnik döyüş dostundan imtina etmədi

Yeri gəlmişkən, rəsmi araşdırma zamanı həmin "qız" olayın bu cür olmadığını və Gevorgyanın təbliğat aparmadığını yazıb. Buna baxmayaraq zabitə deyiblər ki, Meğrinin ona ehtiyacı yoxdur və bu şəhərdən ayrılmaq məcburiyyətindədir.

Görürsünüz cənablar, azərbaycanlıların olduğu təmas xəttində hərbi polkovniklərə ehtiyac yoxdur!

Bu, ondan irəli gəlir ki, hakimiyyət həyata keçirdiyi xain planlarında heç bir müqavimətlə qarşılaşmaq istəmir. Döyüş polkovnikləri olmadan Zəngəzur mahalından (Sünik vilayəti)  keçən "dəhlizi" qurmaq və əraziləri təslim etmək çox asandır. Gevorgyanın işdən çıxarılmasının əsl səbəbi budur. O, ehtiyata göndərilib, ancaq polkovnik birdəfəlik getdiyini söyləyib.

Gevorgyanla hesablaşmağın başqa bir səbəbi, hazırda həbsdə olan Meğri şəhərinin rüsvay edilmiş keçmiş meri Mxitar Zakaryanla uzunmüddətli dostluğudur. Zakaryan özü ifadə verib ki, Gevorgyan heç vaxt siyasətlə məşğul olmayıb. Bu insanlar çiyin-çiyinə vuruşublar, birlikdə yaralanıblar. Belə çıxır ki, biri müxalifətə qatılıbsa, digəri buna görə şübhəyə düşməlidir? Stalin repressiyalarının zamanında belə oğul atası üçün cavab verməyib.

Düzdür, repressiyaya məruz qalan atalardan açıq şəkildə imtina edilib. Polkovnik döyüşən dostundan imtina etməyib, əksinə, Zakaryanın Meğri şəhərinin meri kimi Silahlı Qüvvələrə kömək etdiyini xatırladıb.

Gevorgyan Amerikaya valideynlərini ziyarət etmək üçün gedəcəyini deyib. Ermənistana qayıtmayacağını da əlavə edib. "Bu hadisə olmasaydı, Silahlı Qüvvələri tərk etməyə hazırlaşırdımı?" sualına o, belə cavab verib:

"Xeyr. Nairi Tibb Mərkəzindən praktiki olaraq bir ayağımla ayrıldım. Qəhvə içmək adı ilə aşağıya enəcəyimi söyləyərək ailəmi aldatdım, maşına minərək sürücümə birbaşa Meğriyə sürməsini dedim. Mən bilərəkdən ölümə getdim. Hərbçiyəm, siyasətlə məşğul olmamışam, heç bir partiyanın da üzvü deyiləm. Uşaqlıqdan bunu sevməmişəm”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Bişmiş yemək nə qədər çöldə qala bilər? - Kritik vaxt AÇIQLANDI

Bişmiş yemək nə qədər çöldə qala bilər? - Kritik vaxt AÇIQLANDI

Türkiyə millisinin baş məşqçisi huşunu itirdi

Türkiyə millisinin baş məşqçisi huşunu itirdi

Pezeşkian və Əraqçi Tehranda keçirilən MİTİNQDƏ - VİDEO

Pezeşkian və Əraqçi Tehranda keçirilən MİTİNQDƏ - VİDEO

Ərdoğan Türkiyə millisini belə təbrik etdi: "Alnınızdan öpürəm" - FOTO

Ərdoğan Türkiyə millisini belə təbrik etdi: "Alnınızdan öpürəm" - FOTO

Türkiyə 24 il sonra DÜNYA ÇEMPİONATINDA - VİDEO

Türkiyə 24 il sonra DÜNYA ÇEMPİONATINDA - VİDEO

Tanınmış şair VƏFAT ETDİ - FOTO

Tanınmış şair VƏFAT ETDİ - FOTO

Leysan Dəmirçi–Lahıc yolunda sürüşməyə səbəb oldu - YOL BAĞLANDI

Leysan Dəmirçi–Lahıc yolunda sürüşməyə səbəb oldu - YOL BAĞLANDI

Millimiz Bolqarıstanla heç-heçə OYNADI

Millimiz Bolqarıstanla heç-heçə OYNADI

Səidə ailəsi ilə barışmağından DANIŞDI: “Həyat yoldaşım dedi ki, “get, ananla bayramlaş”” - VİDEO

Səidə ailəsi ilə barışmağından DANIŞDI: “Həyat yoldaşım dedi ki, “get, ananla bayramlaş”” - VİDEO

ABŞ Yaxın Şərqə üçüncü aviadaşıyıcı GÖNDƏRİR

ABŞ Yaxın Şərqə üçüncü aviadaşıyıcı GÖNDƏRİR

Qırmızı lobyanın FAYDALARI: Həqiqətən əti əvəz edirmi, kimlərə olmaz…

Qırmızı lobyanın FAYDALARI: Həqiqətən əti əvəz edirmi, kimlərə olmaz…

Basketbol Liqasında müntəzəm mövsüm YEKUNLAŞDI

Basketbol Liqasında müntəzəm mövsüm YEKUNLAŞDI

Pula görə asanlıqla yalan danışan İKİ BÜRC

Pula görə asanlıqla yalan danışan İKİ BÜRC

Əraqçi: “Uitkoffla birbaşa mesaj mübadiləsi aparırıq lakin…”

Əraqçi: “Uitkoffla birbaşa mesaj mübadiləsi aparırıq lakin…”

Britaniya Yaxın Şərqdəki müttəfiqlərinə İrana qarşı hava məkanını qorumaqda KÖMƏK EDƏCƏK

Britaniya Yaxın Şərqdəki müttəfiqlərinə İrana qarşı hava məkanını qorumaqda KÖMƏK EDƏCƏK

"Avroviziya" ilk dəfə Asiyada KEÇİRİLƏCƏK

"Avroviziya" ilk dəfə Asiyada KEÇİRİLƏCƏK

Zaqatalada qəza olub, iki nəfər xəsarət alıb

Zaqatalada qəza olub, iki nəfər xəsarət alıb

Holland daha bir bahalı avtomobil aldı

Holland daha bir bahalı avtomobil aldı

Tanınmış qarmon ifaçısı VƏFAT ETDİ - FOTO

Tanınmış qarmon ifaçısı VƏFAT ETDİ - FOTO

“Çelsi”nin futbolçusu “Beşiktaş”a KEÇƏ BİLƏR

“Çelsi”nin futbolçusu “Beşiktaş”a KEÇƏ BİLƏR

Azərbaycanda bəzi ailələrə YENİ MƏNZİLLƏR veriləcək

Azərbaycanda bəzi ailələrə YENİ MƏNZİLLƏR veriləcək

İsrail ordusu Tehranda 20 hərbi obyekti vurdu - VİDEO

İsrail ordusu Tehranda 20 hərbi obyekti vurdu - VİDEO

Balakən rayon Yanğından Mühafizə Hissəsinə yeni rəis TƏYİNATI

Balakən rayon Yanğından Mühafizə Hissəsinə yeni rəis TƏYİNATI

Türkiyə TARİXİNDƏ İLK: 20 milyardlıq kibercinayətkarlıq əməliyyatı…

Türkiyə TARİXİNDƏ İLK: 20 milyardlıq kibercinayətkarlıq əməliyyatı…

End of content

No more pages to load

RADİO