Gürcüstanın Qori şəhərində 1 nəfəri güllələyərək öldürən şəxs 25 il müddətinə həbs edilib.
Bizim.Media xəbər verir ki, bu barədə Prokurorluq məlumat yayıb.
Mənbə bildirir ki, 25 il həbs cəzası alan şəxs keçmişdə məhkum olub.
Prokurorluq, qətl hadisəsinin 19 aprel 2021-ci il tarixində Qorinin Axaldaba kəndində baş verdiyini və cinayətkarın elə həmin gün saxlanılaraq haqqında ittiham irəli sürüldüyünu deyib.
Hadisə keçmişdə yaranan fikir ayrılığı səbəbiylə qisas zəmnində baş verib.
Bizim.Media