Türkiyənin Millii Müdafiə Nazirliyi Gürcüstanla imzalanmış hərbi-maliyyə əməkdaşlığı haqqında sazişə əsasən, bu ölkənin Müdafiə Nazirliyinə dörd ədəd hərbi texniki xidmət avtomobili hədiyyə edib.
Bizim.Media xəbər verir ki, bu barədə məlumatı “TRT Haber” telekanalı yayıb.
Mənbə yazır ki, avtomobillərin təqdim edilməsi mərasimi Orxevi Hərbi Bazasında keçirilib.
Mərasimə Gürcüstanın müdafiə naziri Cuanşer Burçuladze, Türkiyənin bu ölkədəki səfiri Fatma Ceren Yazqan və digər rəsmi şəxslər qatılıb.
Bizim.Media