Gürcüstan, Ukrayna və Moldova Avropaya inteqrasiya sahəsində birgə əməkdaşlıq edəcək və fəaliyyət göstərəcəklər.
Bizim.Media xəbər verir ki, bununla əlaqədar Gürcüstan, Ukrayna və Moldovanın prezidentləri - Salome Zurabişvili, Vladimir Zelenski və Maya Sandu iyulun 19-da Batumidə Birgə Bəyannamə imzalayıblar.
İmzalanma mərasimində Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel də iştirak edib.
Sənəddə ölkələrin Avropaya inteqrasiyası istiqamətində atacağı addımlar və birgə fəaliyyət istiqamətləri əksini tapıb.
Bizim.Media