LGBT əleyhdarları Batumidə Avropa İttifaqı (Aİ) Şurasının prezidenti Şarl Mişelə qarşı etiraz aksiyası keçirib.
Bizim.Media “Sputnik Georgia”ya istinadla xəbər verir ki, onlar Şarl Mişelin Gürcüstanın müxalifət liderləri ilə görüş keçirdiyi “Sheraton Batumi” hotelinin qarşısına toplaşıblar.
Məlumata əsasən, aksiya iştirakçıları əllərində Ş. Mişelə müraciətlə “Nəyə görə “Alt-İnfo” cəzalandırılır, “Formula” yox!”, “Millət. Ailə. Din - bunlar bizim dəyərlərimizdir. Sizin dəyərləriniz hansılardır, Mişel?” yazılmış plakatlar tutublar.
Hadisə yerinə polis işçiləri cəlb olunub.
Bizim.Media