Ermənistan ordusunun əsgəri xidməti silahı ilə özünü güllələyib.
Bizim.Media xəbər verir ki, bu barədə Ermənistanın Müdafiə Nazirliyi məlumat yayıb.
Məlumata görə, 2001-ci il təvəllüdlü Artur Kazaryan odlu silahdan açılan atəş nəticəsində dünyasını dəyişib.
Bildirilir ki,hadisəyə səbəb A.Kazaryanın silahla davranış qaydalarını pozması olub.
Faktla bağlı araşdırma aparılır.
Bizim.Media