44 günlük müharibə zamanı Ermənistanda qəhrəman elan edilən, "Döyüş xaçı" medalı ilə təltif olunan Artur Aqasyanın meyitinin qalıqları tapılıb.
Bizim.Media Ermənistan mətbuatına istinadən xəbər verir ki, cəsədinin qalıqları Tərtərin işğaldan azad olunmuş Suqovuşan qəsəbəsində tapılıb.
Qeyd edək ko, Artur Aqasyan 2016-cı ilin Aprel döyüşləri zamanı da Azərbaycana qarşı vuruşub.
2016-cı ilin may ayında ona leytenant rütbəsi, 2018-ci ilin mayında isə baş leytenant rütbəsi verilib.
Bizim.Media
