Qarabağdakı separatçıların lideri Araik Arutyunyanın Rusiyanın məşhur kurort şəhərlərindən olan Jeleznovodskda otel alıb.
Bizim.Media xəbər verir ki, bu haqda Ermənistanın Teleqram kanallarında məlumat yayılıb.
Məlumata görə, A. Arutyunyan oteli dostu Karen Meliksetyanın adına alıb:
"Qarabağda minlərlə erməni ailəsinin Azərbaycanın vurduğu ziyanın ödənilməsi üçün növbəyə durduğu bir vaxtda Araik mavi dostunun "Mask" hotelini alıb. Tam ünvan: Rusiya Federasiyası, Stavropol diyarı, Jeleznovodsk şəhəri, şəhər tipli İnozemtsevo qəsəbəsi, Qaqarin küçəsi, 213A", - erməni Teleqram kanalında yazılıb.
Bizim.Media