Ermənistan Silahlı Qüvvələri Baş Qərargahının rəisi general-leytenant Artak Davtyan Rusiya Silahlı Qüvvələri Baş Qərargahı rəisinin müavini general-polkovnik Sergey İstrakovun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Bizim.Media “Sputnik Armeniya”ya istinadən xəbər verir ki, məlumatı Ermənistan Müdafiə Nazirliyinin Mətbuat xidməti yayıb.
Məlumata görə, tərəflər qərargah görüşünün gündəliyini müzakirə ediblər.
Qeyd edək ki, S.İstarkov bundan əvvəl Ermənistanın müdafiə naziri səlahiyyətlərini icra edən Vaqarşak Arutyunyanla görüşüb.
Bizim.Media