Tbilisi şəhərinin meri Kaxa Kaladze bu gün Bakıya gələcək.
Bizim.Media xəbər verir ki, bu barədə Tbilisi meriyasının Mətbuat xidməti məlumat yayıb.
K.Kaladzenin ikigünlük rəsmi səfər çərçivəsində Tbilisi və Bakının qardaşlaşması haqqında memorandum imzalayacağı gözlənilir.
O, həmçinin müxtəlif formatlarda yüksək səviyyəli görüşlər də keçirəcək.
Bizim.Media