Erməni Apostol Kilsəsinin Qarabağ Yeparxiyasının arxiyepiskopu Parqev Martirosyan bir neçə gün öncə infarkt keçirib.
Bizim.Media xəbər verir ki, bu barədə erməni mətbuatı məlumat yayıb.
Deyilənə görə, o, İrəvandakı xəstəxanalardan birində müalicə olunub.
Martirosyanın əməliyyata ehtiyacı olduğu və ABŞ-a aparılacağının müzakirə edildiyi vurğulanıb.
Erməni mətbuatı Qarabağ bəyanatı və onun ətrafında baş verən proseslərin Martirosyan üçün zərbə olduğunu yazır.
Bizim.Media