Ermənistanın Yüksək Texnologiyalar Sənayesi Nazirliyinin Hərbi sənaye komitəsinin sədri Artak Davtyan vəzifəsindən azad edilib.
Bizim.Media xəbər verir ki, bununla bağlı Baş nazir Nikol Paşinyan qərar imzalayıb.
A. Davtyan 17 iyul tarixində Hərbi sənaye komitəsinin sədri vəzifəsinə təyin edilib.
O, bundan əvvəl Ermənistan silahlı qüvvələrinin baş qərargah rəisi olub.
Qeyd edək ki, Davtyan döyüşlərin qızğın vaxtı Qarabağdan İrəvana qaçıb.
Bizim.Media