İranın qara günləri başladı – VİDEO

"Nəhayət, İran hakimiyyətinin qorxulu yuxusu gerçəkləşdi: sentyabrın 26-da BMT Təhlükəsizlik Şurası İrana qarşı "snapback" və ya tətik mexanizminin işə salınmasına, yəni 2015-ci il nüvə razılaşması ilə icrası dayandırılmış beynəlxalq sanksiyaların bərpasına yaşıl işıq yandırdı.

Həmin gün Rusiya və Çinin bu mexanizmin işə düşməsinin 6 aylığa təxirə salınmasına dair təqdim etdiyi qətnamə layihəsi 4 lehinə, 9 əleyhinə və 2 bitərəf səs alaraq qəbul olunmadı və İranı xilas etmək üçün son cəhd uğursuzluğa düçar oldu".

Bizim.Media ki, bu barədə "Azad İran" "YouTube" kanalının təqdim etdiyi videosüjetdə bəhs edilir.

"Qeyd edək ki, tətik mexanizminin işə salınması üzrə proses Avropa üçlüyü - Böyük Britaniya, Almaniya və Fransa tərəfindən avqustun 28-də başladılmış və İrana 30 gün vaxt verilmişdi. 

Lakin bu müddətdə Avropa, eləcə də ABŞ rəsmiləri ilə dəfələrlə aparılan danışıqlarda İran tərəfi nüvə razılaşması ilə müəyyən olunan öhdəliklərinin icrası ilə bağlı konkret və aydın addımlar təkli etmədi, hətta sentyabrın 10-da Beynəlxalq Atom Enerjisi Agentliyi ilə Qahirədə əldə olunmuş razılaşma da İranı bu təhlükəli sonluqdan xilas edə bilmədi" , - deyə materialda vurğulanır.

Süjetdə bildirilir ki, beləliklə, 10 il əvvəl Birgə Hərtərəfli Fəaliyyət Planı kimi tanınan nüvə sazişinin imzalanması ilə ləğv edilən BMT sanksiyaları 28 sentyabr 2025-ci ildə Tehran vaxtı ilə səhər saat 3:30-dan etibarən bərpa olunub:

"Xatırladaq ki, razılaşmanın məqsədi bəzi sanksiyaların ləğvi müqabilində İranın nüvə fəaliyyətlərini məhdudlaşdırmaq idi. İran mediası bununla əlaqədar Tehranla "Altılıq ölkələri" arasında 2015-ci ilin iyul ayında imzalanmış "nüvə sazişinin ölümü" barədə başlıqlar dərc edib.

Bu metaforadan istifadə etsək, deməliyik ki, saziş hələ 2018-ci ilin may ayında Donald Trampın birinci prezidentliyi dövründə ABŞ-nin həmin sazişdən birtərəfli qaydada çıxması ilə "ciddi xəsarət almışdı". 

İndi, Donald Trampın İrana qarşı maksimal təzyiq siyasəti fonunda BMT sanksiyalarının bərpa edilməsi ilə sözün həqiqi mənasında İranın qara günlərinin başladığını söyləyə bilərik. Bunun belə olduğuna əmin olmaq üçün bərpa olunan sanksiyaların siyahısına və əhatə dairəsinə nəzər salmaq kifayətdir".

Daha ətraflı videosüjetdə:


Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Sumqayıtda 39 yaşlı qadın dəm qazından ölüb

Sumqayıtda 39 yaşlı qadın dəm qazından ölüb

Çin şirkəti ilə bərpa olunan enerji layihələri MÜZAKİRƏ EDİLDİ - FOTO

Çin şirkəti ilə bərpa olunan enerji layihələri MÜZAKİRƏ EDİLDİ - FOTO

PSJ-nin baş məşqçisi Premyer Liqa YOLUNDA

PSJ-nin baş məşqçisi Premyer Liqa YOLUNDA

Xərçənglə mübarizədə albalının rolu

Xərçənglə mübarizədə albalının rolu

Qətər İranın iki attaşesini “persona non grata” ELAN ETDİ

Qətər İranın iki attaşesini “persona non grata” ELAN ETDİ

Avropa Liqasında 1/4 finala ilk onlar yüksəldilər

Avropa Liqasında 1/4 finala ilk onlar yüksəldilər

“X”-in işində problem YARANDI

“X”-in işində problem YARANDI

Aktrisanın dostları ilə əyləndiyi restoranda rəfiqəsinin ərinə xəsarət yetirdilər - VİDEO

Aktrisanın dostları ilə əyləndiyi restoranda rəfiqəsinin ərinə xəsarət yetirdilər - VİDEO

"11 il ərzində bir dəfə də olsa, mənə inanmadılar" - Kenan Yıldız

"11 il ərzində bir dəfə də olsa, mənə inanmadılar" - Kenan Yıldız

Süni intellektin işindən edəcəyi şəxslərin 86 faizi qadınlardır

Süni intellektin işindən edəcəyi şəxslərin 86 faizi qadınlardır

Yevlaxda inəklər gənc qadına hücum etdi - ÖZƏL

Yevlaxda inəklər gənc qadına hücum etdi - ÖZƏL

Ceyhun Bayramov Ər-Riyadda Hakan Fidanla görüşüb

Ceyhun Bayramov Ər-Riyadda Hakan Fidanla görüşüb

İran Qətərdə neft emalı zavodunu vurdu - VİDEO

İran Qətərdə neft emalı zavodunu vurdu - VİDEO

Alena Əliyeva inklüziv incəsənət sərgisində - FOTO

Alena Əliyeva inklüziv incəsənət sərgisində - FOTO

Birinci Liqa: “Şəfa”dan növbəti QƏLƏBƏ

Birinci Liqa: “Şəfa”dan növbəti QƏLƏBƏ

Dostundan Vüsaləyə: “Qoymadın bir adam qalsın” - VİDEO

Dostundan Vüsaləyə: “Qoymadın bir adam qalsın” - VİDEO

Yeni Günəşlidə su xətti yenidən partladı, sakinlər şikayətçidirlər - VİDEO

Yeni Günəşlidə su xətti yenidən partladı, sakinlər şikayətçidirlər - VİDEO

Qubada ər arvadını öldürdü - Daha sonra isə…

Qubada ər arvadını öldürdü - Daha sonra isə…

BƏƏ İranda yerləşən Pars yatağına edilən hücumu PİSLƏDİ

BƏƏ İranda yerləşən Pars yatağına edilən hücumu PİSLƏDİ

"Eşref Rüya"da daha bir sima - FOTO

"Eşref Rüya"da daha bir sima - FOTO

“Beşiktaş” Polşa klubunun hücumçusu ilə MARAQLANIR

“Beşiktaş” Polşa klubunun hücumçusu ilə MARAQLANIR

İlham Əliyevin sosial media hesablarında Qarabağda keçirdiyi Novruz bayramları ilə bağlı VİDEOÇARX paylaşılıb

İlham Əliyevin sosial media hesablarında Qarabağda keçirdiyi Novruz bayramları ilə bağlı VİDEOÇARX paylaşılıb

ABŞ və İsrailin hücumlarından İranda Türkiyə vətəndaşı öldürülüb - FOTO

ABŞ və İsrailin hücumlarından İranda Türkiyə vətəndaşı öldürülüb - FOTO

Xanoba sakininin sevinci: "Biz buralara həsrətlə baxırdıq" - VİDEO

Xanoba sakininin sevinci: "Biz buralara həsrətlə baxırdıq" - VİDEO

End of content

No more pages to load

RADİO