Rusiya Qarabağ separatçılarının “xüsusi nümayəndəsi”ni AXTARIR

Sankt-Peterburqun Kronştadt Rayon Məhkəməsi “Rosreyestr” və “Rosimuşestvo” regional idarələrinin keçmiş əməkdaşı Boris Avaqyanı gömrükdən yayınma ittihamı ilə axtarışa verib. O, məhkəmə binasından qaçıb.

Bizim.Media Rusiya KİV-nə istinadən xəbər verir ki, Sankt-Peterburqun hüquq-mühafizə orqanlarındakı mənbə bildirib ki, Avaqyan hazırda Bolşoy prospektdəki Ermənistan konsulluğunda gizlənir. Yerli prokurorluq onun ekstradisiyasını tələb edir.

Avaqyan və daha bir neçə nəfərə qarşı cinayət işi 2024-cü ilin aprelindən məhkəmədədir. Ümumilikdə 21 nəfər təqsirləndirilir.

43 yaşlı Ermənistan vətəndaşı Avaqyan məhkəmədə fasilə zamanı yoxa çıxıb. O, mühafizəçilərdən siqaret çəkmək üçün icazə istəyib və sonra gözdən itib. Məlumata görə, Avaqyan Ermənistanın Sankt-Peterburqdakı konsulluğuna sığınıb, baxmayaraq ki, diplomatik nümayəndəlik özü bunu təsdiqləməyib.

Avaqyanın özü isə Faktİnfo-ya bildirib ki, Sankt-Peterburqdakı konsulluqdadır.
 

Baş Prokurorluq Avaqyan və daha bir neçə şəxsə qarşı ümumi məbləği 4,2 milyard rubldan çox olan gömrük rüsumlarını ödəməkdən yayınmaqda ittiham olunan cinayət işini Sankt-Peterburqun Kronştadt Rayon Məhkəməsinə göndərib.


Keçmiş məmur ilk dəfə 2016-cı ilin iyulunda Moskvada qaçaqmalçılıq ittihamı ilə saxlanılıb. O, ev dustaqlığına buraxılıb, lakin Ermənistana qaçıb və cinayət təqibindən Rusiya İstintaq Komitəsinə şikayət edib.

“Armİnfo”nun məlumatına görə, Avaqyan Ermənistanda qondarma “Dağlıq Qarabağ prezidentinin xüsusi nümayəndəsi” və “Qarabağ Daxili İşlər Nazirliyinin Fövqəladə Hallar üzrə Dövlət Xidmətinin direktor müavini” vəzifələrində çalışıb (sonuncu vəzifəni 2021-ci ilin aprelinə qədər tutub).

Rusiyada o, Sankt-Peterburq ticarət limanı üçün gömrük broker firmasının baş direktoru olub.

2010-cu ildən Federal Əmlakın İdarə Edilməsi Agentliyinin Leninqrad vilayəti üzrə idarəsinin rəis müavini vəzifəsində çalışıb. O, 2014-cü ildən Sankt-Peterburq şəhərinin torpaqların istifadəsi və mühafizəsi üzrə baş dövlət müfəttişinin müavini, daha sonra isə dövlət torpaq nəzarəti idarəsinin (Dövlət Qeydiyyatı, Kadastr və Xəritəçəkmə üzrə Federal Xidmətin Sankt-Peterburq idarəsinin tərkibində) rəis müavini olub. (Modern.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Qocalmanı ləngidən ədviyyat: Ürəkdən beyinə qədər faydalıdır

Qocalmanı ləngidən ədviyyat: Ürəkdən beyinə qədər faydalıdır

Atasının "Galenvagen"ində ad gününü qeyd edən azyaşlı tapıldı — Atası cərimələndi

Atasının "Galenvagen"ində ad gününü qeyd edən azyaşlı tapıldı — Atası cərimələndi

Onlar Novruzu doğma yurdlarında qeyd edəcəklər – FOTO

Onlar Novruzu doğma yurdlarında qeyd edəcəklər – FOTO

ABŞ və İsrail bizi buna məcbur etdi - SEPAH

ABŞ və İsrail bizi buna məcbur etdi - SEPAH

"Bu üç peşəni süni intellekt heç vaxt əvəz etməyəcək" - Bill Qeyts

"Bu üç peşəni süni intellekt heç vaxt əvəz etməyəcək" - Bill Qeyts

Ceyhun Bayramov Hakan Fidanla GÖRÜŞDÜ – Yaxın Şərqdəki gərginlik GÜNDƏMDƏ

Ceyhun Bayramov Hakan Fidanla GÖRÜŞDÜ – Yaxın Şərqdəki gərginlik GÜNDƏMDƏ

İran Qətərin ən böyük qaz kompleksini yenidən vurdu – VİDEO

İran Qətərin ən böyük qaz kompleksini yenidən vurdu – VİDEO

BİZİM TƏQVİM:Martın 19-da baş vermiş tarixi hadisələr

BİZİM TƏQVİM:Martın 19-da baş vermiş tarixi hadisələr

Aldığı zədə karyerasını bitirə bilər

Aldığı zədə karyerasını bitirə bilər

Sumqayıtda 39 yaşlı qadın dəm qazından ölüb

Sumqayıtda 39 yaşlı qadın dəm qazından ölüb

Çin şirkəti ilə bərpa olunan enerji layihələri MÜZAKİRƏ EDİLDİ - FOTO

Çin şirkəti ilə bərpa olunan enerji layihələri MÜZAKİRƏ EDİLDİ - FOTO

PSJ-nin baş məşqçisi Premyer Liqa YOLUNDA

PSJ-nin baş məşqçisi Premyer Liqa YOLUNDA

Xərçənglə mübarizədə albalının rolu

Xərçənglə mübarizədə albalının rolu

Qətər İranın iki attaşesini “persona non grata” ELAN ETDİ

Qətər İranın iki attaşesini “persona non grata” ELAN ETDİ

Avropa Liqasında 1/4 finala ilk onlar yüksəldilər

Avropa Liqasında 1/4 finala ilk onlar yüksəldilər

“X”-in işində problem YARANDI

“X”-in işində problem YARANDI

Aktrisanın dostları ilə əyləndiyi restoranda rəfiqəsinin ərinə xəsarət yetirdilər - VİDEO

Aktrisanın dostları ilə əyləndiyi restoranda rəfiqəsinin ərinə xəsarət yetirdilər - VİDEO

"11 il ərzində bir dəfə də olsa, mənə inanmadılar" - Kenan Yıldız

"11 il ərzində bir dəfə də olsa, mənə inanmadılar" - Kenan Yıldız

Süni intellektin işindən edəcəyi şəxslərin 86 faizi qadınlardır

Süni intellektin işindən edəcəyi şəxslərin 86 faizi qadınlardır

Yevlaxda inəklər gənc qadına hücum etdi - ÖZƏL

Yevlaxda inəklər gənc qadına hücum etdi - ÖZƏL

Ceyhun Bayramov Ər-Riyadda Hakan Fidanla görüşüb

Ceyhun Bayramov Ər-Riyadda Hakan Fidanla görüşüb

İran Qətərdə neft emalı zavodunu vurdu - VİDEO

İran Qətərdə neft emalı zavodunu vurdu - VİDEO

Alena Əliyeva inklüziv incəsənət sərgisində - FOTO

Alena Əliyeva inklüziv incəsənət sərgisində - FOTO

Birinci Liqa: “Şəfa”dan növbəti QƏLƏBƏ

Birinci Liqa: “Şəfa”dan növbəti QƏLƏBƏ

End of content

No more pages to load

RADİO