Ermənistanda “Dəyənək” adlı partiya yaradılacaq.
Bizim.Media xəbər verir ki, bu barədə erməni mətbuatı yazıb.
“Ana Ermənistan” müxalifət bloku yeni partiyanın yaradıldığını bəyan edib:
“Dəyənəyin üzərində erməni üçrəngli bayrağı təsvir olunub, ondan qorxmağa ehtiyac yoxdur. Bu, sevgi və dözümlülük dəyənəyidir. Siyasətdə isə bu, məcazi mənada, qayda-qanun yaratmaq, siyasi meydanı təmizləmək üçün alətdir”.
Bizim.Media