Kəndin heyvan həkimi intihar edib.
Bizim.Media “news.am”a istinadən xəbər verir ki, Ermənistanın Şirak vilayətinin İsakyan kəndinin veterenarı intihar edib. Hadisə iyulun 1-i səhər saatlarında baş verib.
Son günlər bu kənddə qarayara (qaramal, at-qoyun, bəzən insana keçən yoluxucu azar) xəstəliyinin ikinci qığılcımı yaşanıb. Xəstəxanalarda 7 nəfər var və kənddəki bir neçə inək peyvəndlənib. Sürünün digər hissəsi də təkrar vaksinlənir.
Maraqlısı odur ki, bu xəstəlik heyvanlar peyvəndlənərkən insanlar arasında yayılıb. Digər tərəfdən Geğarkunik (Göyçə gölü ətrafı) vilayətində də 3 nəfərdə qarayara xəstəliyi tapılıb.
Qorxuya düşən ermənilər intihara əl atırlar. Həyatlarına qəsd edənlərin çoxu mal-qara ilə çalışan ermənilərdir.
Bizim.Media