“Azərbaycan göydən yerə enməlidir. İşaldan azad etdiyi torpaqları ermənilərə geri qaytarmalı və “Artsax”ın statusunu tanımalıdır. Əks halda savaşın üçüncü fazası olacaq”
Bizim.Media “Telegram” kanallarına istinadən xəbər verir ki, bunu qondarma rejimin “təhlükəsizlik şurası”nın eks katibi Samvel Babayan açıqlayıb.
Samvelin bu bəyanatına yazılan şərhlər isə gülüş doğurur. Ekspertlər iddia edir ki, Babayanın bu çıxışı müharibədən qabaq Paşinyanın sərsəm bəyanatlarına bənzəyir. Yəni, Samvel ya Nikola oxşamaq istəyir, ya da bu sözləri səsləndirdiyi vaxt içkili olub.
Bizim.Media