8 yaşlı qıza təcavüz edən ata və oğulun evi yandırıldı

Bir neçə gün əvvəl Gürcüstanın Sameqrelo və Zemo Svaneti bölgəsinin Martvili rayonunun kəndlərindən birində ata və oğul 8 yaşlı qıza qarşı cinsi istismar törətmək ittihamı ilə saxlanılıb. 

Bizim.Media xəbər verir ki, hadisədən sonra azyaşlının yaxınları sözügedən ata-oğulun evini yandırıblar. 

Məlumata əsasən, azyaşlını cinsi istismar edən ata və oğulun yaşadığı evin yandırıldığı zaman ərazidə polis əməkdaşları olsa da, onlar əhalinin qarşısını ala bilməyiblər. 

Yayılan məlumata görə, artıq sözügedən şəxslər törətdikləri cinayət əməlini etiraf ediblər.

Prokurorluğun məlumatına əsasən, saxlanılanlardan biri daha əvvəl də 9 yaşlı qız uşağına qarşı seksual xarakterli hərəkətlər edib. 

İstintaq nəticəsində bəlli olub ki, 2020-ci ildən, 2021-ci ilin yanvarınadək təqsirli bilinən ata və oğul sözügedən 8 yaşlı uşağa qarşı bir neçə dəfə güc tətbiq ediblər. Məlum olub ki, cinayət əməlinin içtirakçısı ata 2018-ci ilin 21 yanvar tarixində azyaşlının vəziyyətindən istifadə edərək, onu cinsi istismar edib. Ata və oğul azyaşlını baş vermiş hadisələri başqalarına danışacağı zaman, onu öldürməklə hədələyiblər. 

Hadisəni qonşulardan biri bu cür şərh edib:
 

"Qorxunc bir hadisədir və bu barədə danışmaq çox çətindir. Onlar qonşu idilər və sıx əlaqələri mövcud idi. Həbs edilən şəxsin elə bu uşağın yaşında uşaqları var. Uşaqlar həmişə birlikdə oynayırdılar. Saxlanılan ata və oğuldur.


Atası traktor sürücüsüdür, oğlu isə əvvələr oğurluğa görə məhbus həyatı yaşayıb. Təsəvvür etmək çətindir, 2 il ərzində ata və oğul öz övladları yaşındakı uşağa şiddət göstəriblər. Mən uşağın anası ilə söhbətləşdim. Azyaşlı hər şeyi anasına danışıb. Uşağa deyiblər ki, baş verən hadisələri kiməsə danışarsa, onun anasını və özünü öldürəcəklər. Polis saxlanılanların evini qoruyurdu, ancaq əhali oranı yandırdı. Kadrlarda görünənlərdən biri də saxlanılanın qardaşı oğludur. O, digərləri ilə birlikdə əmisinin evini öz əlləri ilə yandırdı. O, həmçinin ailənin yeznəsidir. İndi hər kəsə məlum olub ki, saxlanılan şəxs öz bacısına da fiziki təzyiq göstərirmiş. Belə insana niyə məhkəmə qururlar. Onu kənd sakinlərinə təhvil vermək lazımdır və biz özümüz tədbir görərdik", - deyə yerli sakin bildirib. 

Baş verən hadisəni azyaşlının qohumlarından biri də şərh edib:

"Azyaşlı uşaq 2-ci sinifdə oxuyur. Biz öyrəndik ki, ata və oğul ona iki ildir ki, şiddət göstərirmiş. Hadisəni başqalarına danışacağı təqdirdə uşağı öldürəcəklərini deyiblər. Onun üzərinə bıçaq çəkərək təhdid ediblər. Sonuncu belə fakt 21 iyunda baş verib", - deyə azyaşlının qohumu bildirib. 

Qeyd edək ki, faktla bağlı Daxili İşlər Nazirliyi istintaq başladıb. Məhkəmə təqsirləndirilən ata və oğulun növbəti iclasadək həbsdə saxlanılmasına qərar verib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Gədəbəydə QƏZA: Yaralananlar var

Gədəbəydə QƏZA: Yaralananlar var

Naxçıvanda qəza baş verib, 3 nəfər xəsarət alıb - FOTO/VİDEO

Naxçıvanda qəza baş verib, 3 nəfər xəsarət alıb - FOTO/VİDEO

"Qalatasaray"lı futbolçu "Milan"ın HƏDƏFİNDƏ

"Qalatasaray"lı futbolçu "Milan"ın HƏDƏFİNDƏ

Bişmiş yemək nə qədər çöldə qala bilər? - Kritik vaxt AÇIQLANDI

Bişmiş yemək nə qədər çöldə qala bilər? - Kritik vaxt AÇIQLANDI

Türkiyə millisinin baş məşqçisi huşunu itirdi

Türkiyə millisinin baş məşqçisi huşunu itirdi

Pezeşkian və Əraqçi Tehranda keçirilən MİTİNQDƏ - VİDEO

Pezeşkian və Əraqçi Tehranda keçirilən MİTİNQDƏ - VİDEO

Ərdoğan Türkiyə millisini belə təbrik etdi: "Alnınızdan öpürəm" - FOTO

Ərdoğan Türkiyə millisini belə təbrik etdi: "Alnınızdan öpürəm" - FOTO

Türkiyə 24 il sonra DÜNYA ÇEMPİONATINDA - VİDEO

Türkiyə 24 il sonra DÜNYA ÇEMPİONATINDA - VİDEO

Tanınmış şair VƏFAT ETDİ - FOTO

Tanınmış şair VƏFAT ETDİ - FOTO

Leysan Dəmirçi–Lahıc yolunda sürüşməyə səbəb oldu - YOL BAĞLANDI

Leysan Dəmirçi–Lahıc yolunda sürüşməyə səbəb oldu - YOL BAĞLANDI

Millimiz Bolqarıstanla heç-heçə OYNADI

Millimiz Bolqarıstanla heç-heçə OYNADI

Səidə ailəsi ilə barışmağından DANIŞDI: “Həyat yoldaşım dedi ki, “get, ananla bayramlaş”” - VİDEO

Səidə ailəsi ilə barışmağından DANIŞDI: “Həyat yoldaşım dedi ki, “get, ananla bayramlaş”” - VİDEO

ABŞ Yaxın Şərqə üçüncü aviadaşıyıcı GÖNDƏRİR

ABŞ Yaxın Şərqə üçüncü aviadaşıyıcı GÖNDƏRİR

Qırmızı lobyanın FAYDALARI: Həqiqətən əti əvəz edirmi, kimlərə olmaz…

Qırmızı lobyanın FAYDALARI: Həqiqətən əti əvəz edirmi, kimlərə olmaz…

Basketbol Liqasında müntəzəm mövsüm YEKUNLAŞDI

Basketbol Liqasında müntəzəm mövsüm YEKUNLAŞDI

Pula görə asanlıqla yalan danışan İKİ BÜRC

Pula görə asanlıqla yalan danışan İKİ BÜRC

Əraqçi: “Uitkoffla birbaşa mesaj mübadiləsi aparırıq lakin…”

Əraqçi: “Uitkoffla birbaşa mesaj mübadiləsi aparırıq lakin…”

Britaniya Yaxın Şərqdəki müttəfiqlərinə İrana qarşı hava məkanını qorumaqda KÖMƏK EDƏCƏK

Britaniya Yaxın Şərqdəki müttəfiqlərinə İrana qarşı hava məkanını qorumaqda KÖMƏK EDƏCƏK

"Avroviziya" ilk dəfə Asiyada KEÇİRİLƏCƏK

"Avroviziya" ilk dəfə Asiyada KEÇİRİLƏCƏK

Zaqatalada qəza olub, iki nəfər xəsarət alıb

Zaqatalada qəza olub, iki nəfər xəsarət alıb

Holland daha bir bahalı avtomobil aldı

Holland daha bir bahalı avtomobil aldı

Tanınmış qarmon ifaçısı VƏFAT ETDİ - FOTO

Tanınmış qarmon ifaçısı VƏFAT ETDİ - FOTO

“Çelsi”nin futbolçusu “Beşiktaş”a KEÇƏ BİLƏR

“Çelsi”nin futbolçusu “Beşiktaş”a KEÇƏ BİLƏR

Azərbaycanda bəzi ailələrə YENİ MƏNZİLLƏR veriləcək

Azərbaycanda bəzi ailələrə YENİ MƏNZİLLƏR veriləcək

End of content

No more pages to load

RADİO