Qarabağda bütün təmas xəttində atəşkəs rejiminə riayət olunur.
Bizim.Media-nın xəbərinə görəbunu Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi İqor Konaşenkov bu gün keçirdiyi brifinqdə deyib.
Nazirliyin sözçüsü əldə olunan razılığa əsasən Rusiya sülhməramlılarının köməyi ilə Şuşada yaşayış məntəqəsi rayonunda həlak olanların cəsədlərinin mübadiləsinə başlandığını deyib.
Konaşenkov Rusiyanın mümkün insidentlərin qarşısını almaq üçün Azərbaycan və Ermənistanın silahlı qüvvələrinin baş qərargahları ilə fasiləsiz əməkdaşlıq etdiyini bildirib.
Bizim.Media