İstanbul polisi dünən geylərin paradında iştirak etmək istəyən insanları dağıtmaq üçün gözyaşardıcı qazdan istifadə edib.
Bizim.Media xəbər verir ki, informasiyanı “Ahval” nəşri yayıb. Mənbə yazır ki, nəticədə 20 nəfər nəzarətə alınıb.
Polis Taksim küçəsinin yaxınlığında toplaşan və göy qurşağı bayraqlarını qaldıran insanlara qarşı fiziki güc tətbiq edib.
Saxlanılanlar arasında Fransanın “AFP” agentliyinin bir fotoqrafı da daxil olmaqla 20 jurnalist var.
Bu həftənin əvvəlində İstanbul valisi Maltepe bölgəsində baş tutmalı olan “LGBT+”un 19-cu İstanbul yürüşünün qadağan edildiyini açıqlayıb.
Türkiyə Brüsseldə yerləşən “ILGA-Europe” QHT tərəfindən bu il üçün hazırlanan “Rainbow Europe” reytinqində LGBT üzvlərinin sayına görə Avropa Birliyində ikinci sıradadır.
Bizim.Media


