Paşinyana qarşı iki YENİ CƏBHƏ – Ermənistan vətəndaş müharibəsinin ASTANASINDA

Ermənistanda seçkilər yaxınlaşdıqca bu ölkə uğrunda beynəlxalq güclərin mübarizəsi də güclənir. Daha doğrusu, Ermənistana hakim olmaq üçün Qərblə Rusiya arasında mübarizə gedir.

Hər iki tərəf qarşıdan gələn parlament seçkilərində öz namizədlərinin qalib gəlməsini istəyir.

Burada maraqlısı odur ki, son dövrlər nəinki təkcə Rusiya, artıq Avropa İttifaqının da Ermənsitan baş naziri Nikol Paşinyana münasibətdə səbri tükənmək üzrədir.

Artıq Avropa da Paşinyanla işləmək istəmir.

Hətta bir müddət əvvəl mətbuatın yazdığına görə, Avropa Komissiyasında artıq Paşinyana alternativ lider axtarışına da başlayıblar.

Deyilənə görə, Avropa Komissiyası kuluarlarında artıq konkret ad da səslənir-Tiqran Xzmalyan. Bildirilir ki, onun rəhbərlik etdiyi proqərb mövqeli partiya parlamentdə təmsil olunmasa da, Avropa fondları və diplomatik dairələrlə sıx əlaqələrə malikdir.

Rusiya isə Ermənistanda biznesmen, hazırda həbs olunan Samvel Karapetyanın timsalında öz adamını hakimiyyətə gətirmək istəyir. 

Yaranmış vəziyyət belə düşünməyə əsas verir ki, Ermənistan bir ildən sonra baş tutacaq seçki ərəfəsində qlobal güclərin amansız toqquşma meydanına çevriləcək.

Mövzu ilə bağlı Bizim.Media-ya açıqlamasında Milli Məclisin deputatı Hikmət Babaoğlu bildirir ki, istənilən ölkədə keçirilən seçkilərə xarici müdaxilə mənfi fəsadlar doğurur:

“Hansı ki, bu fəsadları aradan qaldırmaq üçün illər lazım gəlir. Ermənistandan xarici faktorlar hələ də dərin və güclü mövqeyə malikdir.

Belə vəziyyətdə isə seçkidə qəbul ediləcək hər hansı radikal qərar Ermənistanı vətəndaş müharibəsinə qədər sürükləyə bilər. Məsələ ondadır ki, təqribən bir ildən sonra olacaq seçkiyə bəzi imperalist mərkəzlər revanş kimi baxırlar. Yəni əllərindən verdiklərini geri qaytarmağa fürsət kimi yanaşırlar”.

Deputat qeyd edir ki, Rusiyadakı güc mərkəzləri Ermənistana siyasətçi ixracatı ilə məşğuldur:

“Bu ilk növbədə Rusiyalı iş adamı Samvel Karapetyandır. Eyni zamanda, digər alternativlər də nəzərdən keçirilir”.

Paşinyanın Belçika səfərindən sonra artıq Qərbin də onu dəstəkləmədiyi barədə informasiyalara gəldikdə, həmsöhbətimizin fikrincə, bu daha çox Moskvanın Karapetyana olan dəstəyini azaltmağa hesablanmış açıqlamadır:

“Real siyasi proseslərdə isə Qərbin Paşinyana dəstəyi qalmaqdadır. Bu gün hətta həmin dəstək həmişəkindən daha çoxdur. Bütün hallarda optimal variant tapılmasa, Paşinyan komandasına xilas olmaq üçün yeni, hazır seçki resepti verilməsə, baş nazirin vəziyyəti çətin olacaq:

“Bu halda da Ermənsitanda xaotik proseslərin baş verməsi ehtimalı böyükdür”.

Deputat qeyd edir ki, Ermənistanın yaxın qonşuları isə bu ölkədə xaotik proseslərin olmasında maraqlı deyillər:

“Bu faktoru da nəzərdən qaçırmaq olmaz. Çünki Ermənistanda baş verəcək hər hansı radikal siyasi proseslər bir müddət sonra dərhal hərbi-siyasi proseslərə çevrilmək potensialına sahibdir. Bunu isə regionun sülhpərvər ölkələri arzulamır”.

Rüfət Sultan, Bizim.Media     

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Xankəndidə bayram yarmarkası fəaliyyətə başladı - FOTO

Xankəndidə bayram yarmarkası fəaliyyətə başladı - FOTO

“Hər şey mümkündür”: İnklüziv inkişafı dəstəkləyən master-klass təşkil olunub

“Hər şey mümkündür”: İnklüziv inkişafı dəstəkləyən master-klass təşkil olunub

Ramazan bayramı martın 20-ə təsadüf edir

Ramazan bayramı martın 20-ə təsadüf edir

Azərbaycanda ÜDM artımı ilə bağlı YENİ PROQNOZ

Azərbaycanda ÜDM artımı ilə bağlı YENİ PROQNOZ

O da Nəsrinin serialında olacaq – FOTO

O da Nəsrinin serialında olacaq – FOTO

Fitrə zəkatının məbləği açıqlandı – QMİ-dən FƏTVA

Fitrə zəkatının məbləği açıqlandı – QMİ-dən FƏTVA

ADNSU 123 vəzifəyə işçi axtarır – SİYAHI

ADNSU 123 vəzifəyə işçi axtarır – SİYAHI

Doğuşa gələn xəstəni pilləkənlə qaldırdılar - Gəncə xəstəxanasındakı görüntülərlə bağlı RƏSMİ AÇIQLAMA – VİDEO

Doğuşa gələn xəstəni pilləkənlə qaldırdılar - Gəncə xəstəxanasındakı görüntülərlə bağlı RƏSMİ AÇIQLAMA – VİDEO

Rüşvətə görə işdən çıxarılan rəis yenidən MƏHKƏMƏ QARŞISINDA

Rüşvətə görə işdən çıxarılan rəis yenidən MƏHKƏMƏ QARŞISINDA

Həbsdə olan baş redaktordan yeni XƏBƏR VAR

Həbsdə olan baş redaktordan yeni XƏBƏR VAR

DYP-dən sürücülərə ÇAĞIRIŞ

DYP-dən sürücülərə ÇAĞIRIŞ

Qızıl ucuzlaşdı

Qızıl ucuzlaşdı

Sabirabadda 18 yaşlı oğlanın meyiti tapıldı

Sabirabadda 18 yaşlı oğlanın meyiti tapıldı

34 yaşlı qadın dəm qazından ZƏHƏRLƏNDİ

34 yaşlı qadın dəm qazından ZƏHƏRLƏNDİ

Yaşı 50-dən yuxarı olanların NƏZƏRİNƏ

Yaşı 50-dən yuxarı olanların NƏZƏRİNƏ

Aktrisanın olduğu restoranda İNSİDENT – 4 nəfər SAXLANILDI

Aktrisanın olduğu restoranda İNSİDENT – 4 nəfər SAXLANILDI

Novruz BAZARLIĞI – Qusar bazarında QİYMƏTLƏR -VİDEOREPORTAJ

Novruz BAZARLIĞI – Qusar bazarında QİYMƏTLƏR -VİDEOREPORTAJ

Səhiyyə Nazirliyindən ÇAĞIRIŞ: “İnsanların sıx toplaşdığı məkanlarda...”

Səhiyyə Nazirliyindən ÇAĞIRIŞ: “İnsanların sıx toplaşdığı məkanlarda...”

“Turan Tovuz” bu legioneri klubdan GÖNDƏRƏCƏK

“Turan Tovuz” bu legioneri klubdan GÖNDƏRƏCƏK

Xəzər dənizində İranın 5 gəmisi vuruldu – ANBAAN VİDEO

Xəzər dənizində İranın 5 gəmisi vuruldu – ANBAAN VİDEO

Ömür uzunluğunun daha bir SİRRİ AÇILDI

Ömür uzunluğunun daha bir SİRRİ AÇILDI

Azərbaycan nefti KƏSKİN BAHALAŞDI

Azərbaycan nefti KƏSKİN BAHALAŞDI

UEFA Konfrans Liqasında 1/8 final mərhələsinin cavab oyunları keçiriləcək

UEFA Konfrans Liqasında 1/8 final mərhələsinin cavab oyunları keçiriləcək

Bu gün qısa iş GÜNÜDÜR

Bu gün qısa iş GÜNÜDÜR

End of content

No more pages to load

RADİO