Rusiya son sutkada Dağlıq Qarabağa 170 sülhməramlının olduğu 20 təyyarə göndərib.
Bizim.Media RİA Novosti-yə istinadla xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, daşınmalar İl-76 təyyarələri ilə Ulyanovsk-Vostoşnı aerodromundan Ermənistan istiqamətində həyata keçirilib. Təyyarələrdə 20 ədəd qoşqulu ağır nəqliyyat vasitəsi də olub.
Bundan əvvəl müdafiə naziri Sergey Şoyqu 1100-dən çox rus sülhməramlısının artıq Dağlıq Qarabağa göndərildiyini açıqlamışdı.
Qarabağa gələn sülhməramlıları Rusiyaya məxsus Mi-8 və Mi-24 helikopterləri müşayiət ediblər.
Bizim.Media