Rusiyanın sülhməramlı qüvvələrinin iştirakı ilə Qarabağdakı döyüş əməliyyatları zamanı ölənlərin cəsədlərinin mübadiləsi başlanıb.
Bizim.Media xəbər verir ki, bunu Qarabağdakı keçmiş seperatçı rejimin başçısı Arayik Harutyunyan öz “Facebook” səhifəsində bildirib.
"Bu gün əvvəllər əldə olunmuş razılığa uyğun olaraq ölənlərin cəsədlərinin mübadiləsi prosesi başlayıb. Mübadilə Beynəlxalq Qırmızı Xaç Komitəsi və Mübadilə Rusiya Federasiyasının sülhməramlı missiyasının iştirakı ilə həyata keçirilir.
Bizim.Media