Ümid edirəm ki, bundan sonra artıq “Dağlıq Qarabağ münaqişəsi” ifadəsindən istifadə etməyəcəyik.
Bizim.Media Rusiya KİV-nə istinadən xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin Dağlıq Qarabağdakı humanitar məsələlərlə bağlı keçirdiyi iclasda deyib.
O, bildirib ki, Azərbaycan prezidentinin, Ermənistan Baş nazirinin və Rusiya prezidentinin 9 noyabrda qəbul etdiyi üçtərəfli bəyanat qan tökülməsini dayandırmağa müvəffəq oldu.
Qeyd edək ki, bu gün Rusiya prezidenti Vladimir Putin Dağlıq Qarabağla bağlı Qurumlararası Humanitar Mərkəzin yaradılması barədə fərman imzalayıb.
Bizim.Media