Ermənistanda Dağlıq Qarabağdan qaçan ermənilər Paşinyana qarşı minitinqlərə qoşulduqları təqdirdə evsiz qalacaqları ilə təhdid olunurlar․
Bizim.Media xəbər verir ki, bu barədə “Hraparak” qəzeti yazır.
Qəzetdə bildirilir ki, dövlət məmurlarının Dağlıq Qarabağdan olan qaçqınlardan Nikol Paşinyanın istefasına görə mitinqlərdə iştiraklarının qadağan edilməsi ilə bağlı həyəcan siqnalları alırıq.
“Qubernatorlar, rayon rəhbərləri, Dağlıq Qarabağdan köçənlərin yaşadığı müxtəlif sığınacaq sahibləri onlara etiraz aksiyasında iştirak edəcəkləri halda evlərindən məhrum olacaqları barədə xəbərdarlıq ediblər.Dünən bu xəbərə aydınlıq gətirmək üçün bütün qubernatorlara tək-tək zəng etdik, lakin zənglərimizə cavab verən olmadı”, - deyə qeyd olunur.
Bizim.Media