"Mən Ermənistanın baş nazirinə hərbi əməliyyatların dayandırılması ilə bağlı müraciət etdiyimi bir daha təsdiqləyirəm”.
Bizim.Media xəbər verir ki, bunu Qarabağdakı separatçıların rəhbəri Araik Arutyunyan söyləyib.
O deyib ki, silahlı qüvvələrin komandanlığı hərbi imkanları nəzərə alaraq, döyüşlərin dayandırılmasının zərurət olduğunu bəyan edib.
“Müharibənin davam etməsi daha çox insan və ərazi itkilərinə, o cümlədən Xankəndinin süqutuna, digər şəhərlərin, kəndlərin və minlərlə hərbçinin blokadasına gətirib çıxaracaqdı".
Bizim.Media