Nikolun bayram təbrikinin arxasındakı GİZLİ PLAN – Paşinyan nəyi unutdurmağa ÇALIŞIR? – SENSASİON DETALLAR

Xəbər verdiyimiz kimi, Ermənistanın baş naziri Nikol Paşinyan iyunun 6-da “X” hesabında Azərbaycan xalqını Qurban bayramı münasibətilə təbrik edib. "Azərbaycan Respublikasını və Azərbaycan xalqını Qurban bayramı münasibətilə təbrik edirəm. Ölkələrimizə və xalqlarımıza sülh və firavanlıq arzulayıram", - deyə o qeyd edib.
 

MÖVZU İLƏ BAĞLI:

Paşinyan ilk dəfə Azərbaycanı təbrik etdi - FOTO


Paşinyanın bu addımı diqqət çəksə də, bir sıra suallar doğurub.

Sözdə təbrik, əməldə isə...

Əvvəla qeyd edək ki, Paşinyanın bu mesajı Azərbaycan cəmiyyətininin də marağını cəlb edib. Çünki hər hansı Ermənistan lideri ilk dəfədir ki, xalqımızı bayram münasibətilə təbrik edir. Ancaq təbrik o halda dəyər görür ki, əməldə də təsdiqini tapsın.

Paşinyanın əməlləri ilə təbriki isə üst-üstə düşmür. Xüsusilə də, sülh və firavanlıq arzusu Nikolun praktiki fəaliyyətində zərrə qədər də müşahidə olunmur. Əgər Ermənistan Baş naziri sülh istəsə idi, 44 günlük müharibədən keçən 5 ilə yaxın müddət ərzində bu istiqamətdə ciddi bir addım atardı.


Amma o, hər vəchlə prosesi uzatmaqla məşğul olub. Bütün çıxışlarında sülh istədiyini deyib, ancaq müxtəlif bəhanələr və tələblər səsləndirməyi də unutmayıb. Belədə isə sülh müqaviləsinin imzalanması ləngiyir.

Paşinyan sülh istəsə idi...

Məlum olduğu kimi, Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin mətni ilə bağlı danışıqlar yekunlaşıb. Yalnız onu imzalamaq qalıb ki, bunun üçün də Azərbaycanın iki şərti var: Ermənistan konstitusiyasının  dəyişdirilməsi və ATƏT-in Minsk qrupunun ləğvi.
 

Rəsmi Bakının bu tələbi irəli sürməsi üçün əsaslı səbəbləri mövcuddur. İlk növbədə ona görə ki, Ermənistan konstitusiyasında Azərbaycana qarşı ərazi iddiaları mövcuddur. Minsk qrupu isə keçmiş “Dağlıq Qarabağ” münaqişəsinin həlli üçün yaradılmışdı. İndi isə nə “Dağlıq Qarabağ” adlı ərazi vahidi var, nə də belə bir münaqişə. Bəs onda Minsk qrupu niyə qalmalıdır?


Ancaq Paşinyan bu iki tələbi yerinə yetirməkdən hələlik boyun qaçırır. Söhbət konstitusiyanı dəyişməyə gələndə gah 2026, gah da 2027-ci ili gözləyir. Minsk qrupunu ləğv etmək üçün isə sülh müqaviləsinin imzalanmasını...

Təbrik mesajı nəyə hesablanıb?

Sadaladığımız faktlar Paşinyanın təbrikinin nə dərəcədə qeyri-səmimi olduğunu aydın göstərir. Deməli, Ermənistan Baş nazirinin bu mesajı yazmaq niyyəti başqadır. Görünən qədərilə, Paşinyan özünü sülh göyərçini kimi təqdim etməyə çalışır. Yəni, Nikol bu mesajla Azərbaycanla sülhdə nə dərəcədə maraqlı olduğunu beynəlxalq ictimaiyyətə nümayiş etdirmək istəyir.

Digər tərəfdən, Paşinyanın bu addımı Azərbaycan cəmiyyətinin gözündə də reytinq qazanmaq arzusundan xəbər verir.

Ancaq əbəs yerə

Çünki Azərbaycan xalqı Nikolun əsl simasına yaxşı bələddir və onun əməllərini heç vaxt unutmayacaq.

Paşinyanın 2019-cu il mayın 9-da Şuşada çıxardığı oyunlar hər birimizin yaxşı yadındadır. O, Cıdır düzündə içkili yallı gedərək hansı məzhəbə qulluq etdiyini nümayiş etdirmişdi.

Üstəlik, Paşinyan həmin ilin avqustunda Ümumerməni Oyunların keçirilməsiylə bağlı Xankəndinə gələrək orada hətta Köçəryan və Sarkisyanın belə dilə gətirmədiyi fikirlər səsləndirdi. Ermənistan Baş naziri “Qarabağ Ermənistandır” deməklə danışıqlar prosesini faktiki olaraq sonlandırdı.
 

Bunlarla yanaşı, 44 günlük Vətən savaşında dinc şəhərlərimizin bombalanması, post-müharibə dönəmindəki sərhəd təxribatları, separatçı quruma göndərilən silahlar və saymaqla bitməyəcək digər faktları Azərbaycan xalqı untumayıb, unutmayacaq da.


Nikol da unutmasın ki, populizm heç bir liderə uzunmüddətli dövrdə fayda gətirməyib. Ona görə də mesaj yazmaq yerinə Paşinyan papağını qarşısına qoyub fikirləşməli və sülh üçün real addımlar atmağa tələsməlidir.

Bizim.Media-nın analitik qrupu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Hikmət Hacıyev Şimali Baltik Səkkizliyi ölkələrinin siyasi direktorları ilə GÖRÜŞDÜ - FOTO

Hikmət Hacıyev Şimali Baltik Səkkizliyi ölkələrinin siyasi direktorları ilə GÖRÜŞDÜ - FOTO

Bakı metrosunda retro AB-HAVA – VİDEOREPORTAJ

Bakı metrosunda retro AB-HAVA – VİDEOREPORTAJ

Nahardan sonra yuxu gəlirsə, bunları edin

Nahardan sonra yuxu gəlirsə, bunları edin

“Zirə” “Karvan-Yevlax”a belə qalib gəldi – VİDEO

“Zirə” “Karvan-Yevlax”a belə qalib gəldi – VİDEO

Ceff Bezos bir il keçməmiş boşanmaq istəyir? – VİDEO

Ceff Bezos bir il keçməmiş boşanmaq istəyir? – VİDEO

Əhalinin NƏZƏRİNƏ: Martın 20-də... – FOTO

Əhalinin NƏZƏRİNƏ: Martın 20-də... – FOTO

Səhhətində problem yarandığını açıqladı

Səhhətində problem yarandığını açıqladı

İranda daha bir "Bəsic" komandiri öldürüldü - FOTO

İranda daha bir "Bəsic" komandiri öldürüldü - FOTO

Elmar Qarayevə yüksək vəzifə verildi

Elmar Qarayevə yüksək vəzifə verildi

DTX-nin ifşa etdiyi 326 milyonluq qaçaqmalçılıq işi üzrə DAHA BİR MƏHKƏMƏ QƏRARI

DTX-nin ifşa etdiyi 326 milyonluq qaçaqmalçılıq işi üzrə DAHA BİR MƏHKƏMƏ QƏRARI

Bu yerlərdə bayram namazı qılmaq GÜNAHDIR

Bu yerlərdə bayram namazı qılmaq GÜNAHDIR

Jurnalistlər canlı yayımda İsrailin raket hücumunun hədəfinə çevrildi – ANBAAN VİDEO

Jurnalistlər canlı yayımda İsrailin raket hücumunun hədəfinə çevrildi – ANBAAN VİDEO

“Kayzerslautern” Mahir Emreli ilə bağlı AFFA-ya MÜRACİƏT ETDİ

“Kayzerslautern” Mahir Emreli ilə bağlı AFFA-ya MÜRACİƏT ETDİ

İran İsrailin Milli Təhlükəsizlik Nazirliyinin binasını vurdu – VİDEO

İran İsrailin Milli Təhlükəsizlik Nazirliyinin binasını vurdu – VİDEO

Azərbaycanda plastik butulkalar QADAĞAN OLUNACAQ?

Azərbaycanda plastik butulkalar QADAĞAN OLUNACAQ?

Msanqa “Şamaxı”nı tərk edir?

Msanqa “Şamaxı”nı tərk edir?

Masazırda 38 yaşlı qadın dayəlik etdiyi evdə həyatını itirdi

Masazırda 38 yaşlı qadın dayəlik etdiyi evdə həyatını itirdi

Serb mətbuatında Ağdamla bağlı geniş REPORTAJ – FOTO

Serb mətbuatında Ağdamla bağlı geniş REPORTAJ – FOTO

Bəzi rayonlarda leysan olacaq, qar yağacaq – XƏBƏRDARLIQ

Bəzi rayonlarda leysan olacaq, qar yağacaq – XƏBƏRDARLIQ

Xocalıda bayram konserti keçirildi - FOTO

Xocalıda bayram konserti keçirildi - FOTO

İsrailin bəyanatlarına Çindən SƏRT REAKSİYA

İsrailin bəyanatlarına Çindən SƏRT REAKSİYA

Qusarda möhtəşəm Novruz şənliyi – FOTO/VİDEO

Qusarda möhtəşəm Novruz şənliyi – FOTO/VİDEO

Əli Laricani və generalların dəfn mərasimi keçirilir - VİDEO

Əli Laricani və generalların dəfn mərasimi keçirilir - VİDEO

Şuşa şəhərində Novruz bayramı belə qeyd edildi - FOTO

Şuşa şəhərində Novruz bayramı belə qeyd edildi - FOTO

End of content

No more pages to load

RADİO