“Biz hələ də qonşularımızla yaxşı münasibətlərin qurulmasını istəyirik. Biz həqiqətən də, insanların ölməsini istəmirik”.
Bizim.Media xəbər verir ki, bu sözləri “AnewZ” telekanalının sorğusunda iştirak edən İrəvan sakini Xaçatur Armenakyan deyib.
“Mən 55 yaşındayam. Müharibə görmüşəm. Mən hərbçi olmuşam və məndən sonra oğlum da bu yolu davam etdirdi. Oğlum Qarabağda xidmət edərkən Döyüş Xaçı ordeni alıb. Ancaq müharibə çox pis şeydir. Heç bir sadə azərbaycanlı və erməni müharibə istəmir”, - deyə Armenakyan əlavə edib.
Bizim.Media