Köçəryan və Sarkisyan da HƏBS OLUNACAQ – Prosesə START VERİLDİ

Ermənistanın keçmiş prezidentlərinə qarşı müxtəlif ittihamlar irəli sürülüb. Belə ki, Ermənistanın sabiq prezidenti Robert Köçəryan təxminən 3 milyon dollar məbləğində rüşvət almaqda ittiham olunur.

Köçəryanın korrupsiya qalmaqalı

Cinayət işi üzrə aparılan istintaq zamanı müəyyən edilib ki, sabiq prezident 2008-ci ilin fevral-aprel aylarında rəsmi mövqeyindən istifadə edərək bir şirkətin səhmlərinin 100 faizinin Ermənistan vətəndaşı olmayan bir şəxsə satılmasına mane olmamaqla həmin şirkətin direktoruna üstünlük göstərib və bunun qarşılığında 2 milyon 985 min dollar məbləğində rüşvət alıb.

Bildirilir ki, Koçaryan 2008-ci il fevralın 20-də bu məbləğin 2 milyon 660 min dollarını nağd şəkildə, daha sonra isə 2008-ci ilin 3 və 21 aprel tarixlərində 200 min və 125 min dollarlıq bank köçürmələri ilə qalan hissəsini əldə edib. Rəsmi sənədlərdə bu ödənişlər "xeyriyyə yardımı" kimi göstərilib və vəsait prezidentin andiçmə mərasimi, İrəvand təşkil olunan tədbir üçün şarların icarəsi və digər xərclər üçün istifadə olunub.

Sarkisyan nədə ittiham olunur?

Ermənistanın digər sabiq prezidenti Serj Sarkisyan 2005-ci ildə İrəvanda yerləşən “Erablur” hərbi panteonunun yaxınlığındakı strateji torpaq sahələrinin qanunsuz satışında, çirkli pulların yuyulmasında və dövlətə böyük məbləğdə ziyan vurulmasında ittiham olunur.

Araşdırmalara əsasən, bu torpaq sahələri Çin Xalq Respublikasının səfirliyi tərəfindən alının və hazırda həmin ərazidə Çinin yeni diplomatik nümayəndəliyinin binası yerləşir. Rəsmi sənədlərə görə, satış qərarı Ermənistan hökuməti tərəfindən verilsə də, istintaq bu qərarın şəffaflıqdan uzaq, bir neçə məmurun şəxsi maraqları naminə verildiyini iddia edir.

Görünən qədərilə, Paşinyan Köçəryan və Sarkisyanın həbsinə hazırlaşır. Özü də o bu addımları növbəti parlament seçkiləri ərəfəsində atmaq istəyir. Hansı ki, 2026-cı ildə olacaq bu seçkilərdə “Qarabağ klanı”nın mövcud hakimiyyətdən revanş götürməkdə israrlı olduqları hiss olunur.

Görünən odur ki, Ermənistan belədə vətəndaş qarşıdurmasına doğru sürüklənir.

Mövzu ilə bağlı Bizim.Media-ya açıqlamasında politoloq Qabil Hüseynli bildirib ki, seçkilər yaxınlaşdıqca Ermənistanda vətəndaş qarşıdurmasının baş verməsi ehtimalı da artır:

“Ermənistanın müstəqil dövlət olmadığı, bu və ya digər hamilərindən asılı olduğu hamıya bəllidir. Belə olan halda, kənar qüvvələr çox asanlıqla Ermənistandan öz istəklərinə uyğun şəkildə istifadə edə bilirlər. Bu mənada ölkədə seçkilər yaxınlaşdıqca gərginlik də artır. Hansı ki, bu seçkiləri həm də Qərb Rusiya qarşıdurması kimi də dəyərləndirmək olar. Moskva çalışır ki, Ermənistanı yenidən öz orbitinə qaytarsın. Bunun üçün də Ermənistandakı özünə sərf edən qüvvələrin yenidən fəallaşmasını istəyir. Son dövrlər bir sıra Rusiya rəsmilərinin İrəvana səfərləri həm də bu məqsədə xidmət edir”.

Politoloq qeyd edir ki, Paşinyan da seçkilər yaxınlaşdıqca rəqiblərinin aqresivliyinin artacağını anlayır:

“Buna yol verməmək üçün də o, cinayət əməlləri törədən keçmiş prezidentlərin neytrallaşdırılmasında maraqlıdır. Ona görə də onlara qarşı məhkəmələrdə cinayət işləri qaldırılıb. Bununla da 2026-cı ilin seçkiləri ərəfəsi rəqiblərini başsız qoymağa çalışır ki, seçki dövrü kəskin qarşıdurmalar olmadan başa çatsın”.

Həmsöhbətimiz deyir ki, qarşıdan gələn il Ermənistanda növbəti vətəndaş qarşıdurmasının baş vermə ehtimalı böyükdür:

“Görünən odur ki, Ermənistanda seçki dövrü həmişə kəskin qarşıdurmalar, hətta silahlı toqquşmalarla müşayiət olunub. Bu mənada, 2026-cı il seçkiləri dövründə anoloji halın təkrarən baş verməsi də istisna deyil. Əksinə, bu ehtimal daha böyükdür. Burada əsas məsələ kənar qüvvələrin tutacağı mövqedən asılıdır. Onlar prosesə müdaxiləsi istər-istəməz ölkədəki qarşıdurma riskini daha da artıracaq. Hadisələrin gedişi belə deməyə əsas verir ki, Ermənistandakı proseslər məhz vətəndaş qarşıdurmasına doğru gedir”.

Rüfət Sultan, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

İran Azərbaycana təşəkkür etdi

İran Azərbaycana təşəkkür etdi

İlham Əliyevdən Azərbaycan xalqına Ramazan TƏBRİKİ

İlham Əliyevdən Azərbaycan xalqına Ramazan TƏBRİKİ

Hikmət Hacıyev Şimali Baltik Səkkizliyi ölkələrinin siyasi direktorları ilə GÖRÜŞDÜ - FOTO

Hikmət Hacıyev Şimali Baltik Səkkizliyi ölkələrinin siyasi direktorları ilə GÖRÜŞDÜ - FOTO

Bakı metrosunda retro AB-HAVA – VİDEOREPORTAJ

Bakı metrosunda retro AB-HAVA – VİDEOREPORTAJ

Nahardan sonra yuxu gəlirsə, bunları edin

Nahardan sonra yuxu gəlirsə, bunları edin

“Zirə” “Karvan-Yevlax”a belə qalib gəldi – VİDEO

“Zirə” “Karvan-Yevlax”a belə qalib gəldi – VİDEO

Ceff Bezos bir il keçməmiş boşanmaq istəyir? – VİDEO

Ceff Bezos bir il keçməmiş boşanmaq istəyir? – VİDEO

Əhalinin NƏZƏRİNƏ: Martın 20-də... – FOTO

Əhalinin NƏZƏRİNƏ: Martın 20-də... – FOTO

Səhhətində problem yarandığını açıqladı

Səhhətində problem yarandığını açıqladı

İranda daha bir "Bəsic" komandiri öldürüldü - FOTO

İranda daha bir "Bəsic" komandiri öldürüldü - FOTO

Elmar Qarayevə yüksək vəzifə verildi

Elmar Qarayevə yüksək vəzifə verildi

DTX-nin ifşa etdiyi 326 milyonluq qaçaqmalçılıq işi üzrə DAHA BİR MƏHKƏMƏ QƏRARI

DTX-nin ifşa etdiyi 326 milyonluq qaçaqmalçılıq işi üzrə DAHA BİR MƏHKƏMƏ QƏRARI

Bu yerlərdə bayram namazı qılmaq GÜNAHDIR

Bu yerlərdə bayram namazı qılmaq GÜNAHDIR

Jurnalistlər canlı yayımda İsrailin raket hücumunun hədəfinə çevrildi – ANBAAN VİDEO

Jurnalistlər canlı yayımda İsrailin raket hücumunun hədəfinə çevrildi – ANBAAN VİDEO

“Kayzerslautern” Mahir Emreli ilə bağlı AFFA-ya MÜRACİƏT ETDİ

“Kayzerslautern” Mahir Emreli ilə bağlı AFFA-ya MÜRACİƏT ETDİ

İran İsrailin Milli Təhlükəsizlik Nazirliyinin binasını vurdu – VİDEO

İran İsrailin Milli Təhlükəsizlik Nazirliyinin binasını vurdu – VİDEO

Azərbaycanda plastik butulkalar QADAĞAN OLUNACAQ?

Azərbaycanda plastik butulkalar QADAĞAN OLUNACAQ?

Msanqa “Şamaxı”nı tərk edir?

Msanqa “Şamaxı”nı tərk edir?

Masazırda 38 yaşlı qadın dayəlik etdiyi evdə həyatını itirdi

Masazırda 38 yaşlı qadın dayəlik etdiyi evdə həyatını itirdi

Serb mətbuatında Ağdamla bağlı geniş REPORTAJ – FOTO

Serb mətbuatında Ağdamla bağlı geniş REPORTAJ – FOTO

Bəzi rayonlarda leysan olacaq, qar yağacaq – XƏBƏRDARLIQ

Bəzi rayonlarda leysan olacaq, qar yağacaq – XƏBƏRDARLIQ

Xocalıda bayram konserti keçirildi - FOTO

Xocalıda bayram konserti keçirildi - FOTO

İsrailin bəyanatlarına Çindən SƏRT REAKSİYA

İsrailin bəyanatlarına Çindən SƏRT REAKSİYA

Qusarda möhtəşəm Novruz şənliyi – FOTO/VİDEO

Qusarda möhtəşəm Novruz şənliyi – FOTO/VİDEO

End of content

No more pages to load

RADİO