Paşinyanın “YENİ TEZİSİ” - İrəvan sülh danışıqlarını yenidən dalana aparır

“Yerevan Dialoqu” forumunda çıxış edən Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycanla sülh danışıqları prosesində yeni “həll yolu”nu təqdim edib:

“Əgər Ermənistan Konstitusiya Məhkəməsi gələcək sülh sazişini ölkənin əsas qanununa zidd hesab edərsə, o zaman Konstitusiyaya dəyişiklik təşəbbüsü ilə şəxsən özüm çıxış edəcəyəm”.

İlk baxışdan bu bəyanat siyasi iradə kimi görünə bilər, lakin diqqətlə araşdırdıqda aydın olur ki, söhbət danışıqlar prosesində irəliləyiş strategiyasından yox, taktiki ritorikadan gedir. Başqa sözlə, Paşinyan məsuliyyəti hökumətdən məhkəmə sisteminə, lazım gələrsə isə referendum yolu ilə xalqa ötürməyə çalışır.

Bizim.Media haqqin.az-a istinadən xəbər verir ki, bu fikirlər Cənubi Qafqaz Araşdırmalar Mərkəzinin sədri Fərhad Məmmədovun şərhində qeyd olunub.

"Bu yolla o, problemi siyasi qərar sferasından hüquqi prosedurlar müstəvisinə keçirir, nəticədə isə bu proses həm vaxt baxımından qeyri-müəyyənləşir, həm də manevr imkanlarını ləngidir.
 

Halbuki Ermənistanda yeni konstitusiya layihəsi üzərində işlər aparılır, lakin hakimiyyət əsas suala cavab verməkdən yayınır: yeni konstitusiyada Ermənistanın Qarabağa dair iddialardan imtina edib-etməyəcəyi bəlli deyil.


Problem isə əvvəlki kimidir: Ermənistanın hazırkı Konstitusiyasının preambulasında 1990-cı il Müstəqillik Bəyannaməsinə istinad var, həmin sənəddə isə “Dağlıq Qarabağ”a dair açıq şəkildə ərazi iddiaları mövcuddur. Azərbaycan üçün bu, sülh sazişinin imzalanması qarşısında birbaşa və əsas maneədir. Bakı dəfələrlə bəyan edib ki, Ermənistan Konstitusiyasından Azərbaycana qarşı ərazi iddialarını əks etdirən ifadələr tamamilə çıxarılmalıdır, çünki bu, sülh üçün prinsipial şərtdir.

Paşinyanın cavabı isə yayındırıcı və qeyri-müəyyəndir. O, 2024-cü ildə Konstitusiya Məhkəməsinin çıxardığı qərara istinad edir, preambulanın müstəqil hüquqi qüvvəsinin olmadığını bildirir.

Azərbaycan isə haqlı olaraq deyir ki, hüquqi və filoloji kazuistika Ermənistanın ərazi iddialarından rəsmi və birmənalı şəkildə imtina etməsinin əvəzi ola bilməz.

Burada siyasi iradə tələb olunur, bu da yeni Konstitusiyada açıq şəkildə öz əksini tapmalıdır – hüquqi manipulyasiyalarla problemin üstünü örtmək yox.

Halbuki real addım kimi Ermənistan Azərbaycanın tələblərini yeni Konstitusiya layihəsinə daxil etməli və sənədi referenduma çıxarmalıdır. İdeal variant olaraq 2026-cı ildə gözlənilən parlament seçkiləri ilə birlikdə. Bu, şifahi ritorikadan real hüquqi və siyasi addımlara keçidi təmin edə bilərdi.

Ancaq Paşinyanın mövcud yanaşması sülh sazişinin imzalanmasını təxirə salır. Görünən odur ki, Ermənistan hakimiyyəti həm daxili, həm də xarici siyasi manevr imkanlarını qorumağa üstünlük verir. Bu isə təkcə danışıqlar prosesini ləngitmir, eyni zamanda tərəflər arasında etimadsızlığı da dərinləşdirir.
 

Bakıda Paşinyanın bu bəyanatları, çox güman ki, prosesin uzadılması və Azərbaycanın əsas tələblərindən yayınma cəhdi kimi qiymətləndiriləcək.


Bu çıxılmaz vəziyyətdən yeganə çıxış yolu isə odur ki, Ermənistan rəsmi və açıq şəkildə Qarabağa dair bütün ərazi iddialarından imtina etdiyini bəyan etməli və bu mövqe yeni Konstitusiyada hüquqi şəkildə təsbit olunmalıdır.

Azərbaycan Prezidenti İlham Əliyev bir neçə gün öncə Bakının mövqeyinin dəyişməz olduğunu bir daha vurğulayaraq bəyan edib:

“Ermənistan gec-tez Azərbaycanın tələblərini qəbul etməyə məcbur olacaq.”

Beləliklə, nəticə aydındır: əgər Ermənistan rəhbərliyi həqiqətən də sülhə doğru addım atmaq istəyirsə, bu addım məhkəmə zalında yox, siyasi qərar səviyyəsində atılmalıdır".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

İran Azərbaycana təşəkkür etdi

İran Azərbaycana təşəkkür etdi

İlham Əliyevdən Azərbaycan xalqına Ramazan TƏBRİKİ

İlham Əliyevdən Azərbaycan xalqına Ramazan TƏBRİKİ

Hikmət Hacıyev Şimali Baltik Səkkizliyi ölkələrinin siyasi direktorları ilə GÖRÜŞDÜ - FOTO

Hikmət Hacıyev Şimali Baltik Səkkizliyi ölkələrinin siyasi direktorları ilə GÖRÜŞDÜ - FOTO

Bakı metrosunda retro AB-HAVA – VİDEOREPORTAJ

Bakı metrosunda retro AB-HAVA – VİDEOREPORTAJ

Nahardan sonra yuxu gəlirsə, bunları edin

Nahardan sonra yuxu gəlirsə, bunları edin

“Zirə” “Karvan-Yevlax”a belə qalib gəldi – VİDEO

“Zirə” “Karvan-Yevlax”a belə qalib gəldi – VİDEO

Ceff Bezos bir il keçməmiş boşanmaq istəyir? – VİDEO

Ceff Bezos bir il keçməmiş boşanmaq istəyir? – VİDEO

Əhalinin NƏZƏRİNƏ: Martın 20-də... – FOTO

Əhalinin NƏZƏRİNƏ: Martın 20-də... – FOTO

Səhhətində problem yarandığını açıqladı

Səhhətində problem yarandığını açıqladı

İranda daha bir "Bəsic" komandiri öldürüldü - FOTO

İranda daha bir "Bəsic" komandiri öldürüldü - FOTO

Elmar Qarayevə yüksək vəzifə verildi

Elmar Qarayevə yüksək vəzifə verildi

DTX-nin ifşa etdiyi 326 milyonluq qaçaqmalçılıq işi üzrə DAHA BİR MƏHKƏMƏ QƏRARI

DTX-nin ifşa etdiyi 326 milyonluq qaçaqmalçılıq işi üzrə DAHA BİR MƏHKƏMƏ QƏRARI

Bu yerlərdə bayram namazı qılmaq GÜNAHDIR

Bu yerlərdə bayram namazı qılmaq GÜNAHDIR

Jurnalistlər canlı yayımda İsrailin raket hücumunun hədəfinə çevrildi – ANBAAN VİDEO

Jurnalistlər canlı yayımda İsrailin raket hücumunun hədəfinə çevrildi – ANBAAN VİDEO

“Kayzerslautern” Mahir Emreli ilə bağlı AFFA-ya MÜRACİƏT ETDİ

“Kayzerslautern” Mahir Emreli ilə bağlı AFFA-ya MÜRACİƏT ETDİ

İran İsrailin Milli Təhlükəsizlik Nazirliyinin binasını vurdu – VİDEO

İran İsrailin Milli Təhlükəsizlik Nazirliyinin binasını vurdu – VİDEO

Azərbaycanda plastik butulkalar QADAĞAN OLUNACAQ?

Azərbaycanda plastik butulkalar QADAĞAN OLUNACAQ?

Msanqa “Şamaxı”nı tərk edir?

Msanqa “Şamaxı”nı tərk edir?

Masazırda 38 yaşlı qadın dayəlik etdiyi evdə həyatını itirdi

Masazırda 38 yaşlı qadın dayəlik etdiyi evdə həyatını itirdi

Serb mətbuatında Ağdamla bağlı geniş REPORTAJ – FOTO

Serb mətbuatında Ağdamla bağlı geniş REPORTAJ – FOTO

Bəzi rayonlarda leysan olacaq, qar yağacaq – XƏBƏRDARLIQ

Bəzi rayonlarda leysan olacaq, qar yağacaq – XƏBƏRDARLIQ

Xocalıda bayram konserti keçirildi - FOTO

Xocalıda bayram konserti keçirildi - FOTO

İsrailin bəyanatlarına Çindən SƏRT REAKSİYA

İsrailin bəyanatlarına Çindən SƏRT REAKSİYA

Qusarda möhtəşəm Novruz şənliyi – FOTO/VİDEO

Qusarda möhtəşəm Novruz şənliyi – FOTO/VİDEO

End of content

No more pages to load

RADİO