Ermənistan parlamentində Köçəryanın əsl atasından danışıldı: Azərbaycanlı olub! - QALMAQAL

Xəbər verdiyimiz kimi, mayın 14-də Ermənistan parlamentində əlbəyaxa dava düşüb. Belə ki, eks-prezident Robert Köçəryanın deputat oğlu Levon Köçəryanın baş nazir Nikol Paşinyan haqda aşağılayıcı ifadələr işlətməsi vitse-spiker Akop Arşakyanı hiddətləndirb.

“Ara Levon, otur yerinə və sənə deyilənlərə qulaq as!”, - deyə Arşakyan onun üstünə qışqırıb.

Hakim partiyanı təmsil edən vitse-spiker Akop Arşakyanın ürəyi soyumayıb və o, Ermənistanın ikinci prezidenti Robert Köçəryanın əsl atası haqqında danışıb.

“Camaat Robert Köçəryanın atasının azərbaycanlı olduğunu deyir, lakin biz bunu parlamentin  tribunasından səsləndirmirik”, - deyə Arşakyan çoxdan yayılan iddianı təkrarlayıb.

Arşakyanın atmacasına dözümsüzlük göstərən Levon Köçəryan ayağa qalxaraq vitse-spikeri söyüb və ona "it balası!" deyib.

Daha sonra iqtidar və müxalifət deputatları zalda itələşib, bir-birlərini söyüb təhqir ediblər.

Bizim.Media xəbər verir ki, Levon Köçəryanının da mənsub olduğu müxalif “Hayastan” blokunun deputatları eks-prezidentin əsl atasının azərbaycanlı olması barədə iddianın parlamentdə səsləndirilməsini “Köçəryan ailəsinin təhqir olunması” kimi qiymətləndirib.

Müxalifətə yaxın olan “Hraparak” qəzeti yazır ki, oxşar iddialar əvvəllər, xüsusən də 2021-ci il növbədənkənar parlament seçkiləri ərəfəsində də gündəmə gətirilmişdi. Qəzet qeyd edir ki, o zaman bu, “Hayastan” blokunu gözdən salmaq və Robert Köçəryana inamı sarsıtmaq məqsədi daşıyan siyasi təbliğatın tərkib hissəsinə çevrilmişdi.

“Bu söz-söhbətlər rəsmən təkzib edilsə də, dezinformasiyanın dadı qalmaqdadır. Əslində parlamentin iqtidardan olan deputatları ictimai rəyi manipulyasiya etmək üçün bu yalanı təkrarlamaq qərarına gəliblər. Rəsmi bioqrafiyaya görə, Robert Köçəryanın həm atası, həm də anası Qarabağda doğulmuş ermənilərdir”, - “Hraparak” yazıb.

Qəzet Robertin atası Sedrak Köçəryanın qısa tərcümeyi-halını xatırladıb. Qeyd edilib ki, Sedrak Köçəryan 1910-cu ildə keçmiş Dağlıq Qarabağın Astxaşen kəndində (Xocalı rayonunun Daşbulaq kəndi-red.) anadan olub:

“O, Dağıstan Kənd Təsərrüfatı İnstitutunu bitirib, sonra Qarabağa qayıdıb, bir sıra məsul vəzifələrdə çalışıb. Sedrak Köçəryan keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin kənd təsərrüfatı idarəsinin rəisi vəzifəsində işləyib. O, vilayət soveti icraiyyə komitəsi sədrinin birinci müavini, həm də raykomun büro üzvü olub.

Sedrak Köçəryan kənd təsərrüfatı elmləri namizədi olub, elmi tədqiqat işi ilə məşğul olub. O, həmçinin Dağlıq Qarabağın kənd təsərrüfatı problemlərinə dair 20-dən çox elmi əsərin müəllifidir. 1977-ci ildə vəfat edib”, - qəzet yazıb.

Eyni zamanda Robert Köçəryanın anası haqqında da qısa bilgi verilib. Bildirilib ki, onun anası Emma Ohanyan əslən Qarabağın keçmiş Hadrut rayonundandır. Əvvəl Leninakanda, sonra Xankəndidə elmi işçi işləyib, 2015-ci ildə ölüb.

“Hraparak” Köçəryanla bağlı məqalədə qeyd edib ki, siyasi xadimlərin tərcümeyi-hallarını təhrif etmək cəhdləri siyasi mədəniyyətin yolverilməz və təhlükəli təzahürləridir.

Qeyd edək ki, Robert Köçəryanın əsl atasının azərbaycanlı olması ilə bağlı iddialar lap çoxdan yayılıb. Bu haqda əvvəllər həm Ermənistan, həm də Rusiya KİV-lərində, eləcə də sosial şəbəkələrin Azərbaycan seqmentində müxtəlif informasiyalar ictimailəşdirlib.

Azərbaycanlı jurnalist Qalib Arifin 2021-ci ilin iyununda Modern.az-dakı yazısında aşağıdakılar qeyd edilib:

“Robert Koçaryanın anası erməni olsa da, əsl atası azərbaycanlıdır. Yeri gəlmişkən, bəzi erməni saytları bunu çoxdan yazır. Bu əhvalatı köhnə Daşkəsən əhli hamısı bilir, mən də onların dilindən danışıram...

Deməli, Robert 1954-cü ildə avqustun 21-də Azərbaycanın Daşkəsən şəhərində doğulub. Anası Emma Ohanyan Daşkəsənin keçmiş Şarukan kəndindəndir. Kənd şəhərin aşağı tərəfindədir, yolun kənarında yerləşir. Kəndin ibtidai sinif müəlliməsi Emma həddindən artıq gözəl qız olub. Bunu Daşkəsənin Maarif şöbəsinin müdiri (milliyətcə azərbaycanlı, əslən gəncəlidir, adını çəkmək istəmirəm) hamıdan əvvəl görüb, gənc və gözəl müəlliməni 1952-ci idə ildə Daşkəsən şəhər məktəblərindən birinə dəvət edib. Bəli, bizim azərbaycanlılar belədirlər, gözəlliyin kənddə solmasını istəmirlər. Həm də o vaxtlar dəb idi, hər pullu azərbaycanlı kişinin ikinci erməni arvadı olmalı idi...

Qərəz, Emma Ohanyan Daşkəsən şəhər məktəbində müəllimə işləyir, şəxsən onun üçün bina evində kirayə edilmiş mənzildə yaşayır. Maarif müdiri təbii ki, gənc müəllimənin taleyinə biganə qala bilmir, tez-tez ona baş çəkir. Beləliklə, gələcək Ermənistan prezidenti Robertin təməli qoyulur. Amma “Müqəddəs ruh”, “müqəddəs Məryəm” nağılları keçmişdə qalmışdı və həmin dövrdə bu məsələlərə artıq Rayon Partiya Komitəsi baxırdı. Maarif müdiri “müqəddəs Məryəm”ə təcili bir ər tapır və bu, Maarif şöbəsinin çolaq sürücüsü Sedrak Koçaryan olur. Gələcək Ermənistan prezidenti bu erməninin soyadını daşıyır...

Amma daşın, divarın da qulağı var, deyirlər. Məsələ Rayon Partiya Komitəsinə çatır. Rayonun 2-ci katibi (milliyətcə azərbaycanlı, əslən ermənistanlıdır, adını çəkmək istəmirəm) əvvəl gənc müəllimə Emma Ohanyanı yanına çağırtdırır. Gözəl müəllimə yaşlı katibi də başdan çıxarır. Yaşlı katib gənc müəlliməni “anormal həyat tərzi” keçirməkdə ittiham edir, işdən qovmaqla hədələyir. Gənc müəllimə ağlayır, hər şeyi danışır, katibin diqtəsi ilə bir ərizə də yazır. Aydın olur ki, Maarif müdiri kommunistə yaraşmayan addım atıb, gənc müəlliməni yoldan çıxarıb...

Səhərisi gün maarif müdiri Rayon Partiya Komitəsinə dəvət olunur və məsələdən agah olur. Onun öz ərizəsi ilə işdən çıxmaqdan başqa çarəsi qalmır. Sakitcə Gəncəyə, öz ailəsinin və iki oğlunun yanına qayıdır. Deyirlər həmin qardaşlar indi də sağdır və bir şəklin iki surəti kimi Robertə oxşayır.

Emma Ohanyanın həyatında isə yeni bir “katib dövrü” başlayır. Hətta əri Sedrakın da vəzifəsi böyüyür, qaraj müdiri təyin olunur. Emmanın “katib dövrü” 80-lərin axırlarına, erməni - azərbaycanlı qarşıdurması başlanana qədər davam edir. 88 – 89-cu illərdə Emmanın ailəsi katibin əli və köməyi ilə Daşkəsəni tərk edir, Qarabağa, Xankəndinə gedir. Burda Robert Koçaryanın yeni həyat dastanı yazılır...”.

P.S. İddialara görə, jurnalist Qalib Arifin bəhs etdiyi Maarif müdiri Məmməd Məcidov (Robert Köçəryanın əsl atası), Daşkəsən Rayon Partiya Komitəsinin 2-ci katibi isə Əli Süleymanov olub. Onlar Robertin anası Emma Ohanyanın həyatına daxil olan ilk kişilər hesab olunur. Robert Köçəryanın sənədlərdə adı keçən "atası" Sedrak Köçəryan isə Emma Ohanyana onlardan sonra qovuşub.

P.P.S. Bəlkə də azərbaycanlılara qarşı nifrətlə dolub-daşan, Xocalı soyqırımı kimi vəhşiliyin təşkilatçılarından olan Robert Köçəryanın travması anası ilə bağlı hadisələrdən qaynaqlanır. (Modern)

 


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Kirayə mənzil mexanizmindən faydalanan ailələrin SAYI AÇIQLANDI

Kirayə mənzil mexanizmindən faydalanan ailələrin SAYI AÇIQLANDI

Gəncədə yeni istifadəyə verilən 24 saylı məktəbdə ilk zəng çalındı – FOTO

Gəncədə yeni istifadəyə verilən 24 saylı məktəbdə ilk zəng çalındı – FOTO

Nanənin verilişi bağlandı

Nanənin verilişi bağlandı

İş yerləri dəyişdiriləcək müəllimlərin NƏZƏRİNƏ!

İş yerləri dəyişdiriləcək müəllimlərin NƏZƏRİNƏ!

Bu il Azərbaycana gətirilən avtomobillərin SAYI

Bu il Azərbaycana gətirilən avtomobillərin SAYI

Qadınlarda tiroid xəstəlikləri ARTIR – Mütəxəssislərdən XƏBƏRDARLIQ

Qadınlarda tiroid xəstəlikləri ARTIR – Mütəxəssislərdən XƏBƏRDARLIQ

Vilayətidən növbəti SƏRSƏMLƏMƏ – “Müşavir” İran hökumətinin siyasətinə necə QARŞI ÇIXIR?

Vilayətidən növbəti SƏRSƏMLƏMƏ – “Müşavir” İran hökumətinin siyasətinə necə QARŞI ÇIXIR?

İşçi Qrupda onlar da yer aldı – SİYAHI

İşçi Qrupda onlar da yer aldı – SİYAHI

"Tinder" fırıldaqçısı" Gürcüstanda HƏBS EDİLDİ

"Tinder" fırıldaqçısı" Gürcüstanda HƏBS EDİLDİ

Direktor əməkdaşdan işdən çıxmağı tələb edir?

Direktor əməkdaşdan işdən çıxmağı tələb edir?

"Vüsal 300" kimi tanınan iş adamı HƏBS EDİLDİ

"Vüsal 300" kimi tanınan iş adamı HƏBS EDİLDİ

Xəzərin Azərbaycan hissəsində tornado təkrarlana bilər? – Ekoloqdan SENSASİON AÇIQLAMA

Xəzərin Azərbaycan hissəsində tornado təkrarlana bilər? – Ekoloqdan SENSASİON AÇIQLAMA

Pensiya və müavinət alanlara ŞAD XƏBƏR!

Pensiya və müavinət alanlara ŞAD XƏBƏR!

Prezident: “Uzun illər köçkün həyatı yaşamış insanlar ən gözəl şəraitə layiqdirlər”

Prezident: “Uzun illər köçkün həyatı yaşamış insanlar ən gözəl şəraitə layiqdirlər”

Bakıda bəzi ərazilər yenidən QURULACAQ

Bakıda bəzi ərazilər yenidən QURULACAQ

İlham Əliyev: “Bu gün haqlı olduğumuzu bir daha burada sübut edirik”

İlham Əliyev: “Bu gün haqlı olduğumuzu bir daha burada sübut edirik”

Prezident: “Xankəndi tələbələr şəhəri olacaq”

Prezident: “Xankəndi tələbələr şəhəri olacaq”

Qəhvə təkcə sizi OYATMIR – Saç kökünə inanılmaz FAYDALARI

Qəhvə təkcə sizi OYATMIR – Saç kökünə inanılmaz FAYDALARI

Prezident: “Bütün siyasi addımlarımızın mərkəzində Azərbaycan vətəndaşı dayanır”

Prezident: “Bütün siyasi addımlarımızın mərkəzində Azərbaycan vətəndaşı dayanır”

İlham Əliyev: “Bu gün bütün dünya Azərbaycan haqqında danışır”

İlham Əliyev: “Bu gün bütün dünya Azərbaycan haqqında danışır”

Yağıntılı hava nə vaxtadək davam edəcək? – AÇIQLAMA

Yağıntılı hava nə vaxtadək davam edəcək? – AÇIQLAMA

DİQQƏT! Sumqayıtda qaz kəsiləcək

DİQQƏT! Sumqayıtda qaz kəsiləcək

“Sabah”ın legioneri 2 həftə oynaya BİLMƏYƏCƏK

“Sabah”ın legioneri 2 həftə oynaya BİLMƏYƏCƏK

AYNA rəhbəri Avropada gizlənən İlqar Hacıyevin milyonluq VİLLASINI ALIR - FOTO

AYNA rəhbəri Avropada gizlənən İlqar Hacıyevin milyonluq VİLLASINI ALIR - FOTO

End of content

No more pages to load

RADİO