Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi, Avropa Komissiyasının vitse-prezidenti Kaya Kallasla görüşüb.
Bizim.Media xəbər verir ki, bu barədə Ermənistan XİN məlumat yayıb.
Məlumata görə, tərəflər Cənubi Qafqazda sülhün bərqərar edilməsi səyləri kontekstində Azərbaycan və Ermənistan arasında sülh sazişinin imzalanmasını müzakirə ediblər.
Həmçinin Ermənistan və Aİ arasında tərəfdaşlığı da müzakirə ediblər.
Bizim.Media