Seçkilər üçün son 3 GÜN – 42 ildə İran bu qədər sönük olmamışdı

İranda 18 iyunda baş tutacaq seçkilər bütün dünyanın diqqət mərkəzindədir. Lakin böyük şəhərlərdə aparılan rəy sorğuları ölkədəki seçicilərin seçki prosesində heç də istəkli olmadığını ortaya qoyur. İran Seçki Mərkəzinin məlumatlarına əsasən 59 milyon nəfər seçicinin mövcud olduğu İranda seçkidə iştirak faizi çox aşağı olacaq.

Aparılan anket sorğularına əsasən 18 iyunda seçkilərdə iştirak edəcək şəxslər ümumi sayın cəmi 39% -ni təşkil edir.

Bu rəqəm 1979-cu il seçikilərindən sonra müşahidə olunan ən aşağı göstərici hesab olunur. 
 

MÖVZU İLƏ BAĞLI:

İranda seçkiyə maraq “ÖLÜB” - Tehran kimi dəstəkləsə,.. 


Əhalinin seçkilərdə iştirak etməkdən imtina etməsinin səbəbləri isə müxtəlifdir. Seçkilərdə laiqli namizədlərin təmsil olunmadığı və nəticələrin əvvəlcədən bəli olduğu yönündəki fikirlər üstünlük təşkil edir. Rəyi soruşulan seçicilərin böyük əksəriyyəti isə əvvəlki seçkilərdə verilən vədlərin yerinə yetirilmədiyindən gileylənir.

İran cəmiyyətindəki təbəqələşmə, yoxsulluq və bunun müqabilində bəzi şəxslərin zənginliyinin artması etirazların əsasını təşkil edir. Seçicilər bu vaxta qədər önəmli vədlər irəli sürən namizədləri dəstəklədiklərini, lakin bunun nəticəsini görmədiklərini qeyd edir. İranın bir çox bölgəsindən hələ də su və elektrik problemləri yaşandığına diqqət çəkilir.

Əhalinin böyük əksəriyyəti namizədlərin dövlət televiziyasında yayımlanan debatlarını izləmədiklərini bildirir. Artıq verilən vədlərə güvənmədiklərini bildirən seçicilər, seçkilər nəticəsində nələrinsə dəyişəcəyinə inanmır. Bir sıra şəxslər isə İrandakı mövcud vəziyyəti Rza şahın hakimiyyətdə olduğu dövrlə müqayisə edir.

Rza şahın dövründə qiymətlərin bir neçə il sabit qaldığını qeyd edən vətəndaşlar, İranda hər gün qiymət dəyişikliyindən, artan bazar qiymətlərindən və ölkə iqtisadiyyatındakı qeyri-müəyyənlikdən narazıdır.

Əsas müxalif partiyalar isə İranda ciddi “seçki mühəndisliyi”nin tətbiq olunduğunu qeyd edir. Reformist partiyaların boykotu ilə müşahidə olunan seçki kampaniyasına əhalinin marağının çox aşağı olması hakimiyyəti narahat edən əsas amillərdən biridir. 2020-cilin fevralındakı parlament seçkilərindən 57% seçicinin iştirak etməsi və cəmi bir il ərzində iştirak faizinin bu qədər aşağı düşməsi ciddi problemlərdən xəbər verir. Hökümətyönümlü “İSPA” mərkəzinin apardığı anket sorğuları seçkilərdən iştirak edəcək şəxslərin 31,5%-nin hələ hansı namizədə səs verməyi qərarlaşdırmadığını göstərir.
 

İran hakimiyyəti isə əhalinin seçkilərdəki iştirak faizini artırmaq üçün fəaliyyətə keçib. Əsas media orqanları artıq bir neçə gündür ki, seçkidə iştirakı “hər kəsin vəzifəsi” olduğunu tirajlayır. Hazırkı prezident Həsən Ruhani də 13 iyunda əhaliyə müraciətində seçkilərdə iştirak etməyi “vətənpərvər vəzifə” olaraq adlandırıb. 


Reformist qanadın təmsilçisi və İranın keçmiş prezidenti Məhəmməd Hatəmi isə reformist partiyalara müraciət edərək seçki prosesindəki vəzifələrini yerinə yetirmək çağırış edib. Belə həssas vəziyyətlərdə bütün partiyaların öz xalqına və vətəninə qarşı məsuliyyətli olmasını dilə gətirən Hatəmi, reformist partiyaları seçkidə iştiraka səsləyib. Seçki kampanyasının son günündə isə Ali dini lider Ayətulla Xamaneyin əhaliyə müraciət edəcəyi gözlənilir. 

Görünən odur ki, yeni seçiləcək prezident pandemiyadan sonra iqtisadiyyatın dirçəldilməsi, xarici ölkələrlə əlaqələrin normallaşdırılması, ekoloji problemlər və çölləşmə kimi həlli vacib məsələlərlə yanaşı xalqın etimadını qazanmaq istiqamətində də mühüm işlər görməyə məcbur olacaq.

Lakin son günlərdə İran dövlət televiziyasından baş tutan namizədlərin üçüncü debatı seçicilərin bu yöndəki gözləntilərini də doğrultmayıb.

Əsas üstünlüyü hazırkı Həsən Ruhani iqtidarını tənqid etməyə verən namizədlərin öz siyasi və iqtisadi platformaları haqqında danışmadıqları nəzərə çarpır. Müsbət gözləntilərin olmadığı seçkilərdən sonra da İrandakı böhranlı vəziyyətin davam edəcəyi  proqnozlaşdırılır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Bodrumda qayıq batdı - Xeyli sayda ölən var

Bodrumda qayıq batdı - Xeyli sayda ölən var

Aprel ayına olan hava proqnozu AÇIQLANDI

Aprel ayına olan hava proqnozu AÇIQLANDI

Bayram günlərində təcili yardıma müraciət edənlərin SAYI AÇIQLANDI

Bayram günlərində təcili yardıma müraciət edənlərin SAYI AÇIQLANDI

Borc verərkən bu məqamlara diqqət edin – Ali Məhkəmədən TÖVSİYƏ

Borc verərkən bu məqamlara diqqət edin – Ali Məhkəmədən TÖVSİYƏ

Sumqayıtda qardaş bacısını BIÇAQLADI

Sumqayıtda qardaş bacısını BIÇAQLADI

Səhiyyə Nazirliyində yeni kadr dəyişikliyi - FOTO

Səhiyyə Nazirliyində yeni kadr dəyişikliyi - FOTO

İran “Amazon”un hostinq tərəfdaşının binasına da ZƏRBƏ ENDİRDİ – VİDEO

İran “Amazon”un hostinq tərəfdaşının binasına da ZƏRBƏ ENDİRDİ – VİDEO

Qripə bənzəsə də, daha TƏHLÜKƏLİDİR – Azərbaycanda da yayıla BİLƏRMİ?

Qripə bənzəsə də, daha TƏHLÜKƏLİDİR – Azərbaycanda da yayıla BİLƏRMİ?

Messinin qol vurduğu milli komandaların sayı 40-a çatdı - VİDEO

Messinin qol vurduğu milli komandaların sayı 40-a çatdı - VİDEO

Onlar da müəllim işləyə biləcək - SİYAHI

Onlar da müəllim işləyə biləcək - SİYAHI

Bakıxanovun doğulduğu evin bir hissəsi uçdu - VİDEO

Bakıxanovun doğulduğu evin bir hissəsi uçdu - VİDEO

Bürclər üçün aprelin ən uğurlu və uğursuz günləri açıqlandı

Bürclər üçün aprelin ən uğurlu və uğursuz günləri açıqlandı

Kral qızını məcburi hərbi xidmətə APARIRLAR

Kral qızını məcburi hərbi xidmətə APARIRLAR

"Qarabağ"ın futbolçusu İtaliya klubunun TRANSFER HƏDƏFİNDƏ

"Qarabağ"ın futbolçusu İtaliya klubunun TRANSFER HƏDƏFİNDƏ

İranda 4 dövlət məmuru İsrail casusu kimi həbs olundu

İranda 4 dövlət məmuru İsrail casusu kimi həbs olundu

Qızılın qiyməti 4 700 dolları ötdü

Qızılın qiyməti 4 700 dolları ötdü

Təranə Quliyevaya vəzifə verildi

Təranə Quliyevaya vəzifə verildi

Bu telefonların istifadə müddəti bitdi

Bu telefonların istifadə müddəti bitdi

Buraxılış imtahanı verəcək şagirdlərin NƏZƏRİNƏ

Buraxılış imtahanı verəcək şagirdlərin NƏZƏRİNƏ

Daha bir ölkə SEPAH-ı terror təşkilatı kimi TANIDI

Daha bir ölkə SEPAH-ı terror təşkilatı kimi TANIDI

"Kələm" yükü adı ilə Azərbaycana narkotik gətirmək istədilər - FOTO/VİDEO

"Kələm" yükü adı ilə Azərbaycana narkotik gətirmək istədilər - FOTO/VİDEO

"Bitcoin" bahalaşdı

"Bitcoin" bahalaşdı

Bakıda AİLƏ FACİƏSİ - Ər və arvad həyatını itirdi

Bakıda AİLƏ FACİƏSİ - Ər və arvad həyatını itirdi

Mağazada tanışını bıçaqlayan şəxs TUTULDU

Mağazada tanışını bıçaqlayan şəxs TUTULDU

End of content

No more pages to load

RADİO