Ermənistan liderlərinin insanlıq CİNAYƏTLƏRİ - “Nürnberq məhkəməsi”ndə ifşa olunan FAKTLAR

Xəbər verdiyimiz kimi bu gün Bakı Hərbi Məhkəməsində davam etdirilən məhkəmə prosesində Şuşa rayonunun işğalı ilə bağlı bir sıra videomateriallar nümayiş olunub.

Məhkəmədə ifşa olunan dəhşətli faktlar

Həmin videomateriallara Ermənistanın işğal dövründə hazırladığı reportajlar da daxildir. Nümayiş etdirilən dəlillərdən biri Şuşa şəhərinin işğalı əməliyyatına rəhbərlik etmiş “Komandos” ləqəbli general-mayor Arkadi Ter-Tadevosyanın işğal prosesi və orada iştirak etmiş şəxslər barədə qeydlərinin əks olunduğu videomateriallardan hissələr olub. Videomaterialda, həmçinin Şuşanın işğalına hərtərəfli hazırlıqdan bəhs edilib. Vurğulanıb ki, Şuşanın işğalı barədə hazırlanmış plan Vazgen Sarkisyana (Ermənistanın birinci müdafiə naziri – red.) təqdim edilib. Əlavə olunub ki, V.Sarkisyan plana razılıq verib.

Dövlət ittihamını müdafiə edən Baş prokurorun xüsusi tapşırıqlar üzrə köməkçisi Tuqay Rəhimli deyib ki, bu və digər faktlar Şuşanın işğalına Ermənistan siyasi-hərbi rəhbərliyinin göstəriş verməsini sübut edir.

Məhkəmədə nümayiş etdirilən digər videomateriallarda dörd istiqamət üzrə Şuşanın işğalına rəhbərlik edən şəxslərin adları, - Samvel Babayan, Seyran Ohanyan, Valeri Çiçyan, Arkadi Karapetyan, – çəkilib. Ermənilərin hazırladığı videomaterialda qeyd edilib ki, hücumun məqsədi işğalla yanaşı, Şuşanın “yeriyən həşəratlardan təmizlənməsi” olub.

Bundan əlavə sözügedən videomateriallardan birində Ermənistan silahlı qüvvələrinin general-polkovniki Qurgen Dalibaltayan bildirib ki, Şuşa əməliyyatının işlənməsində, hazırlanmasında və həyata keçirilməsində Robert Köçəryan və Serj Sarkisyan (Ermənistanın keçmiş prezidentləri – red.) iştirak ediblər.

Özləri də cinayətlərini gizlətmirlər...

Nəzərə alaq ki, Ermənistan rəsmiləri də zaman-zaman Azərbaycan torpaqlarını işğal etmələri və bu qəsbkarlıq zaman çoxsaylı qətllər törətdiklərini etiraf ediblər. Bu da təsadüfi deyil. Çünki Ermənistanın hər zaman faşizm siyasəti ilə idarə olunması heç kimə sirr deyil. Belə ki, erməni xalqının azərbaycanlılara qarşı patoloji nifrəti özünü rəsmi İrəvanın siyasətində də açıq şəkildə büruzə verib.

Bunun nəticəsidir ki, əvvəlki dövrlərdə Ermənistana rəhbərlik etmiş şəxslər xalqımıza qarşı qatı cinayətlər törədiblər. Onlar bu cinayətlərini gizlətməyə belə ehtiyac görməyiblər. Hətta çıxışlarında, açıqlamalarında törətdikləri insanlıq cinayətlərindən fəxrlə bəhs ediblər.

Ter-Petrosyanın ifşa olunan çıxışı

Ermənistanın ilk prezidenti Levon Ter-Petrosyan uzun illər özünü sülhpərvər, “Qarabağ klanı”na qarşı düşmən kimi göstərsə də, bir neçə ay öncə onun əsl siması üzə çıxdı. Belə ki, tanınmış videobloqer Albert İsakov özünün "YouTube" kanalında Ermənistanın keçmiş prezidenti Levon Ter-Petrosyanın 1993-cü il iyulun 23-də "Yerkrapa" terror təşkilatının üzvləri ilə görüşünün videosunu yayıb.

Ter-Petrosyan həmin çıxışında 1988-ci ilə qədər Ermənistanda 170 min azərbaycanlının olduğunu xatırladıb:

"Təsəvvür edin ki, indi onlar Ermənistandadır. Əgər onlar Ermənistanda olsaydı, bizim dövlətimiz olmayacaqdı; biz onda şimal-şərq rayonlarını, Göyçəni müdafiə edə bilməyəcəkdik.

Azərbaycanlılar 3 rayonda çoxluq təşkil edirdilər: Basarkeçər, Zəngibasar və Amasiya.
Azərbaycanlılar Zəngəzur mahalında böyük üstünlük təşkil edirdilər. Bu problem həll edildi və bu, göydən hədiyyə kimi düşmədi. Bunu biz etdik, milli hərəkat etdi, erməni ümummilli hərəkatı və onun hərbi qanadı, özünümüdafiə batalyonları, bizim "Yerkrapa" dəstəsi. Həmçinin Qarabağ. Bu gün bütün Qarabağ, o cümlədən, digər torpaqlar ermənilərin əlindədir".

Ermənistanın birinci prezidenti onu da etiraf edir ki, azərbaycanlıların qovulması Azərbaycana qarşı ərazi iddiaları ilə çıxış edən erməni şovinistlərinin siyasətinin tərkib hissəsi olub.

Köçəryanın cinayətləri

Xocalı cəlladı, Ermənistana 10 il rəhbərlik etmiş Robert Köçəryanın I Qarabağ Müharibəsində törətdiyi insanlıq cinayətlərini saymaqla bitirmək olmaz. Köçəryanın I Qarabağ Müharibəsində iştirakı, dinc azərbaycanlılara qarşı törətdiyi qətliamlar da heç kimə sirr deyil.

Məsələ burasındadır ki, Köçəryan öz çirkin əməllərini gizlətməyə belə ehtiyac duymayıb. O, hətta bir neçə il əvvəl “Həyat və azadlıq” adlı kitab da qələmə alıb və öz cinayətlərindən fəxrlə bəhs edib. Özü də sözügedən kitab rus dilində yazılıb. Yəni Köçəryan öz “qəhrəmanlıq”larının daha geniş auditoriyaya çatdırılmasını hədəfləyib.

Həmin kitabda sabiq-prezident Kəlbəcərin və Ağdamın hansı məqsədlə işğal edildiyini açıqlayıb:

“Bizim Ağdama hücum etməkdən başqa yolumuz yox idi, çünki beynəlxalq birlik Kəlbəcərə görə bizə təzyiq edirdi. Kəlbəcər isə Laçından sonra Ermənistanla əlaqə saxlamaq üçün bizə hava-su kimi lazım idi”.

Robert Köçəryan faşist görüşlərini 2003-cü il yanvarın 16-da Rusiya Xarici İşlər Nazirliyinin Diplomatik Akademiyasında etdiyi çıxışında açıq şəkildə ifadə edib. O, həmin çıxışında “ermənilərlə azərbaycanlıların genetik cəhətdən uyğunsuz olduğunu” bildirmişdi.

Bundan əlavə, Robert Köçəryan Ermənistan prezidenti olarkən Avropa Şurasının mötəbər kürsüsündən dünya ictimaiyyətinə xitabən Qarabağda, xüsusən də Xocalıda keçirilən hərbi əməliyyatlarda iştirakından fəxr duyduğunu bildirib.

Sarkisyanın Xocalı etirafı

Köçəryanın silahdaşı olmuş Serj Sarkisyan da öz cinayətlərinə görə nəinki sələfindən geri qalmır, hətta ondan daha çirkin əməllərə imza atıb. Əvvəla, onu qeyd edək, Serj Sarkisyan 1989-cu ildən 1993-cü ilə kimi separatçı "Dağlıq Qarabağ Respublikası"nın özünümüdafiə qüvvələri komitəsinə rəhbərlik edib. Bu isə o deməkdir ki, I Qarabağ müharibəsində erməni terrorçularının törətdiyi bütün cinayətlərin birbaşa məsuliyyəti Sarkisyanın üzərinə düşür.

Bundan əlavə, Serj Sarkisyan 1992-ci ildə Xocalı soyqırımını törədən qüvvələrə komandanlıq edib, bu qüvvələri təşkilatlandıraraq yüzlərlə insanın ölüm əmrini verib və soyqırımında birbaşa iştirak edib. Bu səbəbdən Serj Sarkisyan Avropa İnsan Haqları Məhkəməsinə verilib.

Ermənistanın Xocalı soyqırımı zamanı müdafiə naziri olmuş sabiq prezidenti Serj Sərkisyan da dəhşətli cinayətlərdə əli olduğunu 2019-cu ildə “BBC”-yə müsahibəsində etiraf etmişdi:

“Xocalıdan öncə azərbaycanlılar düşünürdülər ki, ermənilər mülki əhaliyə əl qaldıra bilməyən xalqdır. Biz bu stereotipi sındırdıq”.

Sarkisyan prezidentliyi dövründə Avropa tribunasında Azərbaycanı müharibə ilə də təhdid edib. Belə ki, 2013-cü ildə Avropa Şurası Parlament Assambleyasının (AŞPA) iclasında sabiq prezident qeyd edib ki, Azərbaycan müharibə ilə bağlı fikirlər səsləndirməkdən imtina etməlidir:

“Yeni müharibə olarsa, 20 faiz deyil, 25 faiz və hətta artıq ərazinizi itirəcəksiniz”

Paşinyan da süddən çıxmış ağ qaşıq deyil...

Birinci Qarabağ müharibəsində bu və ya digər formada iştirak etməsə də, Paşinyan da 2020-ci ildən əvvəlki çıxışlarında əsl simasını göstərib. Nikol 2019-cu il mayın 9-da Şuşada çıxardığı oyunlar hər birimizin yaxşı yadındadır. O, Cıdır düzündə içkili yallı gedərək hansı məzhəbə qulluq etdiyini nümayiş etdirmişdi.

Üstəlik, Paşinyan həmin ilin avqustunda Ümumerməni Oyunların keçirilməsiylə bağlı Xankəndinə gələrək orada hətta Köçəryan və Sarkisyanın belə dilə gətirmədiyi fikirlər səsləndirdi. Ermənistan Baş naziri “Qarabağ Ermənistandır” deməklə danışıqlar prosesini faktiki olaraq sonlandırdı.

Göründüyü kimi, Ermənistanın faşist dövlət olmasını sübut etmək üçün əlavə faktlara, dəlillərə baş vurmağa ehtiyac yoxdur. Bu ölkəyə rəhbərlik etmiş şəxslərin çıxışları, etirafları hər şeyi ortaya qoyur.

Bu baxımdan davam etməkdə olan “Nürnberq məhkəməsi” təkcə saxlanılan erməni faşistlərinin cinayətlərinə hüquqi qiymət vermir, həm də Ermənistan vandalizmini, erməni vəhşiliyini bir daha ifşa edir.

Bizim.Media-nın analitik qrupu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Zelenski Britaniya kralına “iPad” HƏDİYYƏ ETDİ – VİDEO

Zelenski Britaniya kralına “iPad” HƏDİYYƏ ETDİ – VİDEO

Bakının ən bahalı küçəsi bəlli oldu

Bakının ən bahalı küçəsi bəlli oldu

Həbsdə olsa da milyonlar qazanır

Həbsdə olsa da milyonlar qazanır

Pezeşkiandan QİSAS VƏDİ: "Laricaninin qanı yerdə qalmayacaq"

Pezeşkiandan QİSAS VƏDİ: "Laricaninin qanı yerdə qalmayacaq"

Çempionlar Liqası: "Real Madrid", PSJ və "Arsenal" 1/4 finala yüksəldi – VİDEO

Çempionlar Liqası: "Real Madrid", PSJ və "Arsenal" 1/4 finala yüksəldi – VİDEO

Azərbaycanda pensiya yaşı dəyişir? – Belə ola bilər…

Azərbaycanda pensiya yaşı dəyişir? – Belə ola bilər…

Aİ-95 benzin BAHALAŞACAQ?

Aİ-95 benzin BAHALAŞACAQ?

Alman evlərində niyə mətbəx olmur?

Alman evlərində niyə mətbəx olmur?

İlham Əliyev və Fridrix Merts arasında TELEFON DANIŞIĞI

İlham Əliyev və Fridrix Merts arasında TELEFON DANIŞIĞI

Xaçmazda avtomobil piyadanı vuraraq ÖLDÜRDÜ

Xaçmazda avtomobil piyadanı vuraraq ÖLDÜRDÜ

BİZİM TƏQVİM:Martın 18-də baş vermiş tarixi hadisələr

BİZİM TƏQVİM:Martın 18-də baş vermiş tarixi hadisələr

Layiq olduğu dəyəri görməyən ulduzlar KİMLƏRDİR?

Layiq olduğu dəyəri görməyən ulduzlar KİMLƏRDİR?

Mənsum İbrahimov ifaçılara SƏSLƏNDİ

Mənsum İbrahimov ifaçılara SƏSLƏNDİ

Azərbaycanla Serbiya yaşıl və ənənəvi enerjidə güclərini birləşdirir - FOTO

Azərbaycanla Serbiya yaşıl və ənənəvi enerjidə güclərini birləşdirir - FOTO

"Şamaxı"nın legioneri milliyə ÇAĞIRILDI

"Şamaxı"nın legioneri milliyə ÇAĞIRILDI

Yazda gündüz yuxululuğunun səbəbləri və həll yolları açıqlandı

Yazda gündüz yuxululuğunun səbəbləri və həll yolları açıqlandı

Bir sıra istiqamətlər üzrə müntəzəm avtobus marşrutları müsabiqəyə ÇIXARILIR

Bir sıra istiqamətlər üzrə müntəzəm avtobus marşrutları müsabiqəyə ÇIXARILIR

Vüsalə qardaşının MƏZARINDA: “Bu gün hesabat günüm idi” - FOTO

Vüsalə qardaşının MƏZARINDA: “Bu gün hesabat günüm idi” - FOTO

Ağdamda QƏZA: Xəsarət alanlar var

Ağdamda QƏZA: Xəsarət alanlar var

DİQQƏT: Bu ərazidə işıq olmayacaq

DİQQƏT: Bu ərazidə işıq olmayacaq

BƏƏ Hörmüz boğazının açılması üzrə koalisiyaya qoşula bilər

BƏƏ Hörmüz boğazının açılması üzrə koalisiyaya qoşula bilər

FHN əməkdaşları sahibkarlara mallarını çıxarmalarına köməklik göstərirlər - FOTO/VİDEO

FHN əməkdaşları sahibkarlara mallarını çıxarmalarına köməklik göstərirlər - FOTO/VİDEO

Gürcüstanda matəm ELAN EDİLDİ

Gürcüstanda matəm ELAN EDİLDİ

Bakıda yük avtomobillərindən oğurluq edən şəxs TUTULDU

Bakıda yük avtomobillərindən oğurluq edən şəxs TUTULDU

End of content

No more pages to load

RADİO