Gürcüstanda Ozurgeti-Tbilisi istiqamətində hərəkət edən sərnişin qatarında yanğın baş verib.
Bizim.Media “Sputnik Georgia”ya istinadla xəbər verir ki, yanğın səbəbindən qatardan bütün sərnişinlər təxliyə edilib.
Hadisənin hansı səbəbdən baş verdiyi hələlik məlum deyil. Hazırda faktla bağlı araşdırma aparılır.
Bizim.Media