“Ermənistan terrora çağırış, yeni müharibə hədələri ilə çıxış edir”- VİDEO

Ermənistanda revanşist qüvvələr yeni-yeni təxribatçı bəyanat və populist çıxışları ilə gündəmə gəlməkdə davam edirlər. Onlar Azərbaycanla şərti sərhəddə təxribatlar törətməklə yanaşı, sülh prosesinə əngəl ola biləcək fikirlər, hətta terrora çağırış, yeni müharibə hədələri ilə çıxış edirlər.

Sanki 44 günlük müharibədə məğlub olmamış kimi davranmağa davam edən bu qüvvələrə Ermənistan Xüsusi Təyinatlı Polis Dəstəsi Veteranlar İttifaqının sədri polkovnik Qrişa Sarqsyan da qoşulub. O, erməni mediasına verdiyi müsahibədə bildirib ki, Ermənistan Azərbaycanın strateji obyektlərinə - xüsusilə, Bakı-Tbilisi-Ceyhan neft kəmərinə və Mingəçevir Su Elektrik Stansiyasına raket zərbəsi endirməlidir.

“O zaman Azərbaycan özü Ermənistandan sülh diləyəcək”, - polkovnik vurğulayıb.

Sarqsyan bu bəyanatlarla Ermənistanın aktiv media resurslarından biri - 214 min abunəçisi olan və müxtəlif erməni analitiklər üçün platforma rolunu oynayan “Noyan Tapan” telekanalının efirində çıxış edib. Müsahibə zamanı o, həmçinin Ermənistan konstitusiyasına görə, “Qarabağın Ermənistana məxsus olduğunu” bildirib və müharibəyə hazır olmağın vacibliyini vurğulayıb:

“Müharibədən qorxmaq lazım deyil. Əgər düşmənin bizdən qorxmasını istəyiriksə, istənilən anda döyüşməyə hazır olduğumuzu göstərməliyik. Biz o ölkəni daimi qorxu içində saxlamalıyıq”



Bu fikirlər daha çox hansısa sərsəmin xəstə təfəkkürünün nəticəsi olsa da, hər halda bəyanat ölkənin aparıcı KİV-lərindən birində tirajlanır. Bu, açıq-aşkar terror hədəsi kimi qəbul olunmalı və əslində, hakimiyyət tərəfindən təqib olunmalıdır. Lakin Ermənistan rəsmiləri, hüquq-mühafizə sistemi bununla bağlı tədbirlər görməkdən yayınmağa üstünlük verirlər.

Ermənistanda güclənən revanşizm və hədələyici bəyanatları Azərbaycan Prezidenti İlham Əliyev aprelin 9-da ADA Universitetində təşkil edilən “Yeni dünya nizamına doğru” mövzusunda beynəlxalq forumdakı çıxışında səsləndirdiyi fikirlərlə bir daha təsdiq edib.

Prezident həmin tədbirdə Cənubi Qafqaz regionunun gələcəyi ilə bağlı maraqlı fikirlər söyləyib, regionda sülh və təhlükəsizliyin təmininin həm də Ermənistanın atacağı addımlardan asılı olduğunu bildirib.

Dövlət başçısı vurğulayıb ki, hazırda Ermənistanda güclü revanşist qruplar mövcuddur, Azərbaycan sülh üçün əlindən gələni edib və prosesin tamamlanması üçün Ermənistanın da üzərinə düşən öhdəlikləri yerinə yetirməsi lazımdır.

Bir sözlə, dövlət başçısı İrəvana üzərinə düşən məsuliyyəti bir daha xatırladıb, Ermənistanın nicatının region dövlətləri ilə səmimi əməkdaşlıqda olduğuna diqqət çəkib.


 

“Biz Ermənistanda kifayət qədər güclü revanşist qrupların olduğunu bilirik. Mən onları iki qrupa bölərdim: 30 illik işğala görə məsuliyyət daşıyan fəal revanşistlər və guya konstruktiv yanaşma sərgiləməyə cəhd göstərən, lakin, əslində, eyni revanş və intiqam hissi ilə yaşayan bugünkü hökumət olan passiv revanşistlər. Onların ölümcül silahları almasının səbəbi də budur. Onlar bəzi silahları pulsuz əldə edirlər.

Bu, onların Azərbaycana qarşı yeni hərbi əməliyyatları planlaşdırmalarının səbəbidir. Bu səbəbdən onlar ATƏT-in Minsk qrupunun buraxılmasına dair bizim legitim təklifimizi qəbul etmək istəmirlər. Çünki bizim hamımızın bildiyi kimi, Minsk qrupu Qarabağ münaqişəsi ilə bağlı olan məsələləri həll etmək üçün yaradılmışdır”, - Prezident İlham Əliyev bəyan edib.

Bəli, Ermənistan anlamalıdır ki, onun real xilas yolu Azərbaycanın sülh səylərini dəstəkləməkdir. İrəvan regional sülhü revanşist qrupların hikkə və avantürasına qurban verməməlidir.

İrəvan hökuməti Prezident İlham Əliyevin xəbərdarlıqlarından ciddi nəticə çıxarmalı, revanşist qruplara meydan verməməlidir. Ermənistan hakimiyyəti regional sülh və təhlükəsizlik üçün konkret addımlar atmalıdır. Bu addımlar mahiyyət etibarilə olduqca sadədir.
 

Sülh səylərini dəstəkləməklə yanaşı, revanşist qrupların regionda vəziyyəti gərginləşdirməsinə imkan verməməlidir. İrəvan anlamlıdır ki, Ermənistan üçün real xilas yolu Azərbaycanın sülh səylərini dəstəkləməkdir və bunun heç bir alternativi yoxdur.


Prezidentin də söylədiyi kimi, Ermənistanın siyasi isteblişmenti Azərbaycan məsələsində parçalanmayıb. Yəni, onlar konsolidasiyalı mövqeyə malikdirlər. Bu, sadəcə, terminologiya, davranış və taktikadan asılı olan bir məsələdir. Dövlət başçısı xüsusi vurğulayıb ki, Azərbaycan buna hazır olmalıdır - həm hərbi nöqteyi-nəzərdən, həm də siyasi nöqteyi-nəzərdən.



"Beləliklə, sülh sazişi imzalanana və Ermənistan da onların konstitusiyasında hələ də mövcud olan Azərbaycana qarşı bütün ərazi iddialarından imtina edənə və Azərbaycanla münasibətlərin normallaşması üçün səmimi davranış sərgiləyənə qədər onlar həmişə yeni hərbi qarşıdurma təhlükəsini törədəcəklər”, - deyə Prezident vurğulayıb.

Ermənistanda revanşizmin güclənməsinə rəvac verən həm də onun bədnam konstitusiyasıdır.

Rəsmi Bakı dəfələrlə bəyan edib ki, Ermənistan konstitusiyasında Azərbaycana qarşı olan ərazi iddiaları aradan qaldırılmalı və konstitusiya dəyişdirilməlidir. Prezident İlham Əliyev də bir neçə dəfə vurğulayıb ki, Ermənistan konstitusiyası dəyişmədən heç bir sülh müqaviləsinin imzalanmasından söhbət gedə bilməz. Bununla da dövlət başçısı Ermənistanın siyasi elitasının qarşısına yeni tapşırıq qoyub.
 

Qeyd edək ki, Ermənistan konstitusiyasında Müstəqillik Bəyannaməsi ilə bağlı 1989-cu il 1 dekabr tarixli deklarasiyaya əsasən, "Dağlıq Qarabağ vilayəti Ermənistana birləşdirilməlidir" fikri yer alır. Maraqlıdır ki, dəfələrlə Qarabağı Azərbaycanın ayrılmaz bir hissəsi kimi qəbul edən, sülh müqaviləsini tez bir zamanda imzalamağa həvəsli olduğunu bəyan edən erməni siyasi elitası bu maddəni dəyişdirməyə həvəssiz yanaşır. Baş nazir Nikol Paşinyan özü də deyir ki, konstitusiyanın preambulası sülhə maneədir. Göründüyü kimi, hökumətin rəhbəri də bunu etiraf edir.


Ermənistanın siyasi hakimiyyəti sözügedən maddənin ləğvi ilə sülh müqaviləsi yolundakı ən böyük əngəllərdən birini aradan qaldıra bilər. Bu isə regionun, xüsusən də maliyyə və iqtisadi sferası çökmüş Ermənistanın inkişafına səbəb ola bilər.

Şübhəsiz ki, Ermənistanda revanşizmin gündəmə gətirilməsində onun xarici havadarlarının xüsusi rolu var. Bu məsələdə Fransa başda olmaqla, Avropa Parlamenti və Avropa İttifaqı xüsusi canfəşanlıq göstərir. Konkret olaraq elə həftə, az qala elə gün olmur ki, Fransadan Azərbaycana qarşı hədyanlar, Ermənistanı revanşizmə sürükləyən açıqlamalar səslənməsin.
 

Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə Fransa rəsmilərinin ölkə əleyhinə iddialarına bu gün cavab verib. O, rəsmi Bakının Fransanın Avropa və xarici işlər naziri Jan-Noel Baronun bu ölkənin Azərbaycandakı səfirinin də istinad etdiyi iddialarını qətiyyətlə rədd etdiyini və pislədiyini bildirib:


"Fransanın siyasətindəki ikili yanaşma, sülh niyyətini bəyan edərkən münaqişəyə sürükləyən davranışlar narahatlıq doğuran uyğunsuzluğu nümayiş etdirir. Belə ikiüzlü siyasət regionda davamlı sülh perspektivlərinə mane olur".



A.Hacızadə deyib ki, Fransanın Ermənistanı öldürücü silahlarla təmin etməsi, onun davamlı anti-Azərbaycan mövqeyi ilə yanaşı, sülh prosesinə xələl gətirir və bu, xarici işlər naziri Jan-Noel Baronun regional gərginliklə bağlı açıq şəkildə narahatlığını ifadə etməsi ilə tamamilə ziddiyyət təşkil edir.

Xatırladaq ki, Fransanın Avropa və xarici işlər naziri Jan-Noel Baro aprelin 14-də Avropa İttifaqı ölkələrinin xarici işlər nazirlərinin Lüksemburqda keçirilən iclası çərçivəsində çıxış edərkən regional gərginlik, sülh prosesi və hazırda Azərbaycanda mühakimə olunan ermənilərlə bağlı bəzi anti-Azərbaycan iddiaları səsləndirib.

Beləliklə, Ermənistanın biabırçı kapitulyasiya aktına imza atmasından beş il ötsə də, qonşu dövlətdə müharibə çağırışları, revanşizm bəyanatları səngimək bilmir.



Ermənistanda səslənən revanşist, riyakar bəyanatlara, eləcə də, onların təbliğatına elə Prezident İlham Əliyevin bəyanatı ilə yekun vurmaq istərdik. Dövlət başçısı bildirib ki, Azərbaycan ərazi bütövlüyünü, suverenliyini bərpa edib, separatizmə son qoyub və sərhədlərini nəzarəti altına alıb:

"Bizim üçün bu məsələ bitib. Lakin bu, bizim potensial təhdidləri və potensial təhlükəni, sadəcə, nəzərə almayacağımız demək deyil. Biz həmişə onları yerinə otuzdurmağa hazır olmalıyıq. Bu səbəbdən biz ordu quruculuğuna külli miqdarda vəsait xərcləməyə davam edirik. Bu, bizim dırnaqarası təcavüzü planlaşdırdığımız üçün deyil. Bu onun üçündür ki, biz təcavüzün qurbanı olaraq özümüzü müdafiə etmək və bir də bizə ziyan verməyə qərarlaşdırdığı halda Ermənistanı cəzalandırmaq iqtidarında olmaq istəyirik”. (report.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Yanğın və partlayışdan sonra hava çirklənməsinin təhlükəsi – Pulmanoloqdan XƏBƏRDARLIQ

Yanğın və partlayışdan sonra hava çirklənməsinin təhlükəsi – Pulmanoloqdan XƏBƏRDARLIQ

“Sanki o, ruslardan maaş alır” - ABŞ-da Uitkoffun istefasını tələb edirlər

“Sanki o, ruslardan maaş alır” - ABŞ-da Uitkoffun istefasını tələb edirlər

Qış Olimpiya Oyunlarının məşəli yandırıldı - VİDEO

Qış Olimpiya Oyunlarının məşəli yandırıldı - VİDEO

Bakıda avtomobili nömrəsiz idarə edən sürücü HƏBS EDİLDİ - VİDEO

Bakıda avtomobili nömrəsiz idarə edən sürücü HƏBS EDİLDİ - VİDEO

Paşinyan Ermənistanın enerji şəbəkələrini türk şirkətinə satır

Paşinyan Ermənistanın enerji şəbəkələrini türk şirkətinə satır

“Neftçi”nin baş məşqçi postuna əsas namizəd BƏLLİ OLDU

“Neftçi”nin baş məşqçi postuna əsas namizəd BƏLLİ OLDU

Məktəblərin fəaliyyətinə QİYMƏT - Valideyn sorğusu başladı

Məktəblərin fəaliyyətinə QİYMƏT - Valideyn sorğusu başladı

Qarabağa qayıdan məcburi köçkünlərə ikiqat çörəkpulu verilirmi? – RƏSMİ CAVAB

Qarabağa qayıdan məcburi köçkünlərə ikiqat çörəkpulu verilirmi? – RƏSMİ CAVAB

Rəsmi Moskva: Ukrayna ilə bağlı heç bir güzəşt olmayacaq

Rəsmi Moskva: Ukrayna ilə bağlı heç bir güzəşt olmayacaq

Bu şəxslərdən qeydiyyat şəhadətnaməsinə görə RÜSUM TUTULACAQ – YENİ QƏRAR

Bu şəxslərdən qeydiyyat şəhadətnaməsinə görə RÜSUM TUTULACAQ – YENİ QƏRAR

Qurban Qurbanov: “Mənə heç yerdə heykəl qoyulmasın” – VİDEO

Qurban Qurbanov: “Mənə heç yerdə heykəl qoyulmasın” – VİDEO

Alen Simonyan: “Faktiki olaraq KTMT-dən çıxmışıq”

Alen Simonyan: “Faktiki olaraq KTMT-dən çıxmışıq”

Bu mövsüm 3 qadın hakimimiz beynəlxalq oyunları idarə edib - RƏSMİ

Bu mövsüm 3 qadın hakimimiz beynəlxalq oyunları idarə edib - RƏSMİ

Şəkidə “Toyota” aşdı – YARALILAR VAR

Şəkidə “Toyota” aşdı – YARALILAR VAR

Narkotik qəbul edib, sükan arxasına keçən şəxs SAXLANILDI

Narkotik qəbul edib, sükan arxasına keçən şəxs SAXLANILDI

Atasının doğum günündə torpağa tapşırılan ŞƏHİD – Kamran Qasımovun HƏYAT HEKAYƏSİ – FOTO

Atasının doğum günündə torpağa tapşırılan ŞƏHİD – Kamran Qasımovun HƏYAT HEKAYƏSİ – FOTO

Bakıda MDB Dəmiryol Nəqliyyatı Şurasının 83-cü iclası KEÇİRİLDİ – FOTO

Bakıda MDB Dəmiryol Nəqliyyatı Şurasının 83-cü iclası KEÇİRİLDİ – FOTO

75 yaşlı kişini Yevlaxdan Bakıya gətirib dilənçiliyə sövq edən qadın SAXLANILDI

75 yaşlı kişini Yevlaxdan Bakıya gətirib dilənçiliyə sövq edən qadın SAXLANILDI

Honq Konqda güclü yanğın: 4 ölü, 9 yaralı var – ANBAAN VİDEO

Honq Konqda güclü yanğın: 4 ölü, 9 yaralı var – ANBAAN VİDEO

Bakıda prospektdə avtomobil YANDI - FOTO/VİDEO

Bakıda prospektdə avtomobil YANDI - FOTO/VİDEO

Toya uşaq gətirilsinmi? – DEPUTATDAN AÇIQLAMA

Toya uşaq gətirilsinmi? – DEPUTATDAN AÇIQLAMA

Azərbaycan vətəndaşları bu il ən çox hansı ölkələrə səfər edib? - STATİSTİKA

Azərbaycan vətəndaşları bu il ən çox hansı ölkələrə səfər edib? - STATİSTİKA

Pirallahının icra başçısı əməkdaşları imtahan edib, zəif nəticə göstərənləri işdən ÇIXARIR? – RƏSMİ AÇIQLAMA

Pirallahının icra başçısı əməkdaşları imtahan edib, zəif nəticə göstərənləri işdən ÇIXARIR? – RƏSMİ AÇIQLAMA

Növbəti köç karvanı Kəlbəcər şəhərinə çatdı - FOTO

Növbəti köç karvanı Kəlbəcər şəhərinə çatdı - FOTO

End of content

No more pages to load

RADİO