Erməni revanşizminin OYANIŞI – İrəvan sülhdən qaçmaq üçün indi də bu yola ƏL ATIR...

Ermənistanda revanşistlər yenidən baş qaldırıblar. Onlar Konstitusiya Məhkəməsinin qərarına qarşı etirazlara start veriblər. Belə ki, Ermənistan Konstitusiya Məhkəməsi ölkə konstitusiyasının preambula hissəsində müstəqillik aktına istinadı etibarsız sayıb.

Ermənsitanın revanşist “Ayakve” hərəkatı bu qərara etiraz edən bəyanat yayıb. Burada qeyd edilir ki, həmin qərar konstitusiya Məhkəməsinin “Ermənistan və Qarabağın yenidən birləşdirilməsi” ilə bağlı müstəqillik bəyannaməsində təsdiq edilmiş məqsəd kimi şərh edilə bilməz. Buna görə də Ermənistanın konstitusiya öhdəliyi kimi qəbul oluna bilməz.

“Ermənistan” fransiyasının deputatı Artsvik Minasyan isə iddia edib ki, ölkə konstitusiyasında dəyişiklik guya erməni dövlətçiliyinin itirilməsi deməkdir. O həmçinin  bildirib ki, konstitusiya preambulasının dəyişdirilməsi Konstitusiya Məkəməsinin səlahiyyətinə aid deyil.

Digər tərəfdən, Ermənistan Azərbaycanla sərhədə qoşun yığır. Habelə bu ölkə silahlanma prosesini də davam etdirir. Son zamanlar sərhəddə atəşkəs təxribatları da yenidən artıb.

Görünən odur ki, İrəvan genişmiqyaslı təxribatlara hazırlıq görür. 

Mövzu ilə bağlı Bizim.Media-ya açıqlamasında Milli Məclisin deputatı Elman Nəsirov bildirir ki, 2026-cı il parlament seçkilərinin nəticələri bəlli olana qədər Paşinyandan sülhlə bağlı ciddi addımları gözləmək yersizdir:

“Azərbaycan Prezidenti İlham Əliyev aprelin 9-da ADA Universitetində keçirilən beynəlxalq forumda Ermənistandakı daxili siyasi vəziyyətə diqqəti cəlb edərək qeyd edib ki, bu ölkədə iki kateqoriyadan olan revanşistlər var. Bunlar aktiv və passiv olanlardır. Aktiv olanlar sülh prosesinə maneə ola biləcək əsas qüvvələrdir. Küçəyə çıxan, etiraz edənlər də onlardır. Passiv qüvvələr isə hakimiyyətin özüdür.

İndi passiv revanşistlər olan Paşinyan hakimiyyətinə qarşı aktiv revanşistlər ayağa qalxıb. Onlar Paşinyanı Ermənistanın milli maraqlarını müdafiə edə bilməməkdə ittiham edərək, onu satqın adlandırırlar. Paşinyan da bu reallıqda özünü xilas etmək üçün vurnuxur, siyasi manevrlər edir.

Xüsusən də, yerli özünüidarə orqanlarına keçirilən son seçkilər, bu xüsusda ölkənin ikinci şəhəri Gümrüdəki seçki nəticələri Paşinyan üçün heç də uğurlu olmadı. Belədə Paşinyan üzərində 2026-cı il xofu yarandı. Həmin il ölkədə parlament seçkiləridir”.

Deputat qeyd edir ki, Paşinyan sülh prosesilə bağlı qorxduğundan ciddi, radikal addımlar ata bilmir:

“Ona görə də bir yandan sülhdən danışmaqla bir addım irəli atır. Digər tərəfdən də iki addım geri atır. Azərbaycanla sərhəddə atəşkəsin pozulmasını, Fransa və digər ölkələrdən silah alışını həyata keçirir. Bununla da aktiv revanşistlərə özünün onların düşündüyü qədər aciz olmadığı, gücü çatdığı qədər Ermənistanın milli maraqlarını qoruduğu mesajını göndərir”.

Müsahibizimin fikrincə, 2026-cı il parlament seçkilərinin nəticələri bəlli olana qədər Paşinyandan sülh prosesilə bağlı ciddi, uzunmüddətli, dayanıqlı sülhə gətirəcək addımları gözləmək inandırıcı deyil.

Rüfət Sultan, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

ÇL-də həftənin komandasında kimlər var?

ÇL-də həftənin komandasında kimlər var?

Kim sakitcə gözləyir və kim dərhal partlayır: Bürclərin reytinqi

Kim sakitcə gözləyir və kim dərhal partlayır: Bürclərin reytinqi

Dövlət adından yaradılan və dövlət büdcəsindən vəsait alan qurumların əməkhaqqı sistemi TƏKMİLLƏŞDİRİLDİ

Dövlət adından yaradılan və dövlət büdcəsindən vəsait alan qurumların əməkhaqqı sistemi TƏKMİLLƏŞDİRİLDİ

Beynəlxalq axtarışda olan şəxs Ukraynadan ölkəmizə ekstradisiya edilir

Beynəlxalq axtarışda olan şəxs Ukraynadan ölkəmizə ekstradisiya edilir

Çempionlar Liqasında həftənin oyunçusu BƏLLİ OLDU

Çempionlar Liqasında həftənin oyunçusu BƏLLİ OLDU

Nazirlərin maaşı ARTIRILDI - SİYAHI

Nazirlərin maaşı ARTIRILDI - SİYAHI

Bakının bəzi yollarında SIXLIQ VAR

Bakının bəzi yollarında SIXLIQ VAR

Prezidentdən "ASAN xidmət"dəki digər dövlət orqanları işçiləri ilə bağlı FƏRMAN

Prezidentdən "ASAN xidmət"dəki digər dövlət orqanları işçiləri ilə bağlı FƏRMAN

Dövlət qulluqçularının maaşlarının baza hissəsi ARTIRILDI

Dövlət qulluqçularının maaşlarının baza hissəsi ARTIRILDI

Xırdalanda ağır QƏZA: Motosiklet yük maşınına çırpılıb, ölən var

Xırdalanda ağır QƏZA: Motosiklet yük maşınına çırpılıb, ölən var

Reabilitasiya müəssisələri Sosial Xidmətlər Agentliyinin tabeliyinə veriləcək

Reabilitasiya müəssisələri Sosial Xidmətlər Agentliyinin tabeliyinə veriləcək

Quba-Xaçmaz yolunda QƏZA: Xəsarət alanlar var - FOTO

Quba-Xaçmaz yolunda QƏZA: Xəsarət alanlar var - FOTO

TƏBİB-in səlahiyyətləri ARTIRILDI

TƏBİB-in səlahiyyətləri ARTIRILDI

1-ci liqada 19-cu tura YEKUN VURULDU

1-ci liqada 19-cu tura YEKUN VURULDU

İTSDA-nın icbari tibbi sığorta sahəsindəki səlahiyyətləri ləğv olundu - Yeni agentlik yaradıldı

İTSDA-nın icbari tibbi sığorta sahəsindəki səlahiyyətləri ləğv olundu - Yeni agentlik yaradıldı

Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavinlərinin sayı ARTIRILDI

Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavinlərinin sayı ARTIRILDI

MDB çərçivəsində dövlətlərarası axtarış müqaviləsinə dəyişiklik protokolu təsdiqlənib - FƏRMAN

MDB çərçivəsində dövlətlərarası axtarış müqaviləsinə dəyişiklik protokolu təsdiqlənib - FƏRMAN

"Komedixana"nın aktyoru borca düşdü, mağazası bağlandı

"Komedixana"nın aktyoru borca düşdü, mağazası bağlandı

Azərbaycanda xəstəxana direktoru işdən ÇIXARILDI

Azərbaycanda xəstəxana direktoru işdən ÇIXARILDI

Bu marşrutda gedişhaqqı 60 qəpik oldu

Bu marşrutda gedişhaqqı 60 qəpik oldu

300-ə yaxın vətəndaşın kart məlumatlarını ələ keçirənlər belə İFŞA OLUNDU – VİDEO

300-ə yaxın vətəndaşın kart məlumatlarını ələ keçirənlər belə İFŞA OLUNDU – VİDEO

Paşinyan Annadan geyiminə görə AYRILIB? - ŞOK FOTO

Paşinyan Annadan geyiminə görə AYRILIB? - ŞOK FOTO

Əli Əsədov Gürcüstan səfirliyində başsağlığı verdi

Əli Əsədov Gürcüstan səfirliyində başsağlığı verdi

Xaricdən məhsul sifariş edənlərin NƏZƏRİNƏ – Martın 20-dən 30-dək...

Xaricdən məhsul sifariş edənlərin NƏZƏRİNƏ – Martın 20-dən 30-dək...

End of content

No more pages to load

RADİO