İrəvanda müxalifətin mitinqin keçirildiyi əraziyə polis qüvvələri cəlb edilib.
Bizim.Media RİA Novostiyə istinadla xəbər verir ki, polis Azadlıq Meydanına üz tutan insanları saxlayır.
Bildirilir ki, hüquq-mühafizə orqanları meydanı mühasirəyə alıblar.
Milli Məclis Aparatının keçmiş rəhbəri Arsen Babayan, keçmiş millət vəkili Vardan Ayvazyan artıq saxlanılıb.
Bizim.Media